Bu qidalarda olan antioksidantlar beyini stresin təsirindən qoruyur
11.05.2022 09:47

ABŞ alimləri son elmi araşdırmalar nəticəsində qocalıq demensiyası - yəni yaddaş itkisi və əqli zəifləmənin qarşısını ala biləcək qidaları sadalayıb.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, yaşlanma məsələləri ilə bağlı Milli İnstitutun alimləri qanında lütein, beta karotinoid və zeaksantin kimi antioksidantlar çox olan insanların demensiya olma riski dəfələrlə azdır.


Karotonoidlərlə zəngin yaşıl yarpaqlı tərəvəz, səbzə, otlar, göyərtilərdir - cəfəri, reyhan, ispanaq, yaşıl noxud, brokolli, lobya, mandarin, portağal, kök, kivi, şirin bibər, alma, paxlalılar-yaşıl mərci. Bu qidalarda olan antioksidantlar beyini stresin təsirindən qoruyur.

 

Alimlər yaşı 45-dən yuxarı olan 7000 insanın məlumatlarını analiz ediblər. Onların qanından antioksidantlar yoxlanıb. Sonradan bu adamlar 16 il boyu izləniliblər. Nəticə göstərib ki, qanında lütein çox olanlarda demensiya riski 7-9% azdır. Beta kriptoksantin çox olanlarda isə demensiya 14% az olur. Lütein üçün pomidor şirəsi, qırmızı qarağat şirəsi içmək məsləhətdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub