Tibb Bacılarının I Respublika Forumu keçiriləcək  
10.05.2022 18:39
Mayın 12-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, eləcə də Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Türkiyənin Florence Nightingale Xəstəxanalar qrupu və “Dayaq“ patronaj xidmətinin əməkdaşlığı ilə Beynəlxalq Tibb Bacısı Gününə həsr edilmiş Tibb Bacılarının I Respublika Forumu həyata keçiriləcək.
 
Hibrid formatda həyata keçiriləcək Forumda “Orta tibb işçisinin müasir hazırlıq hədəfləri”, “Tibb bacısının işində nəzəriyyənin təcrübəyə tətbiqi”, “Tibb bacılarının peşəkar fəaliyyət standartları” başlıqlı 3 sessiyada Azərbaycan, Türkiyə və ÜST-nin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən hazırlanmış ümumilikdə 14 məruzə dinləniləcək. Forum sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
 
Forum proqrama uyğun olaraq tibb bacıları üçün nəzərdə tutulmuşdur.
 
Forum əyani olaraq Mərkəzi Gömrük Hospitalında, distant olaraq isə "ZOOM" platformasında həyata keçiriləcək.
 
Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat veriləcək.
 
Forumda iştirak ödənişsizdir.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Distant iştirak üçün qeydiyyat linki: https://us06web.zoom.us/.../reg.../WN_ZpJFc7_hSg2JHDrx89EA3Q
 
Proqramla tanış olmaq üçün link: https://customshospital.az/12-may-beynelxalq-tibb.../...
ÇOX OXUNANLAR
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
 Mərkəzi Gömrük Hospitalının şöbə rəisi “Certificate of Merit” Fəxri Xidmət Sertifikatı ilə təltif olunub   
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Ağdərə rayonunun Suqovuşan qəsəbəsində tibbi aksiya: 10 nəfərə zəruri xidmətlər göstərilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
Alimlər Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar  
8 yaşlı pasiyent üzərində mürəkkəb rekonstruktiv əməliyyat icra olunub