Fransanın 42 departamenti qırmızı zona elan edilib, koronavirus sürətlə yayılır
14.09.2020 16:24

COVID-19 infeksiyası Fransanı yenidən bürüyüb və son sutka ərzində 7 183 yeni yoluxma qeydə alınıb.


Aztibb.az xəbər verir ki, bu haqda Fransa Dövlət Səhiyyə İdarəsi məlumat verib. Virusun ölkədə sürətlə yayıldığı və qrup yoluxmalarının çoxaldığı vurğulanıb. Ölkənin 42 departamenti qırmızı zona elan edilib.

 

Baş Nazir Jan Kasteks Tvitter hesabında xəstəxanaya daxil olan xəstələrin sayının artması ilə bağlı hökumətin narahatlığını bildirib. O qeyd edib ki, “virus bir neçə ay bizimlədir, ümumi karantin rejimi tətbiq etmədən onunla yaşamağı öyrənməyi bacarmalıyıq”.

 

Təhsil sistemində vəziyyətin daha da kəskinləşdiyi və qrup yoluxmalarının artdığı xüsusi qeyd olunub. Ali təhsil üzrə nazir Frederik Vidal “kollektiv səy” göstərməyə çağırış edərək, virusun yayılmasının artmasını sanitar qaydalara riayət olunmamasında görüb. Ren (Rennes) Universitetində 43 yoluxma qeydə alınıb və Tibb fakültəsində dərslər onlayn sistemə keçirilib.

 

Ölkədə epidemiya başlayandan 381 094 yoluxma qeydə alınıb. Son sutka ərzində 2 464 yeni xəstə xəstəxanalara daxil olub. Yoluxanların 19 faizinin 40 yaşdan aşağı olduğu bildirilərək, bu rəqəmin mart–aprel aylarında 8 faiz olduğu vurğulanıb. Reanimasiya şöbələrində ağır xəstələrin sayı 635-ə çatıb.

 

Epidemiya başlayandan 381 094 yoluxma qeydə alınıb və xəstəxanalara daxil olan 114 196 xəstədən 88 742-si sağalıb. Ümumi ölüm sayı 30 916-ya çatıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub