Həkim fitoterapevtdən sağlamlıq üçün faydalı olan MÖHTƏŞƏM RESEPT
09.05.2022 17:34
"Bu, möhtəşəm bir reseptdir. Mən insanların bu reseptdən istifadə edib necə şəfa tapdıqlarının şahidi oldum".
 
Aztibb.az-ın xəbərinə görə, həkim-fitoterapevt Fizuli Hüseynov bir neçə xəstəliyin müalicəsində olduqca faydalı olan qarışımın reseptini bölüşüb. 
 
Hazırlanması:
 
2 orta xörək qaşığı (böyük qaşıq olmasın) boymadərən, 2 orta xörək qaşığı (böyük xörək qaşığı olmasın) dağtərxunu 1 litr soyuq suya qarışdırıb yavaş-yavaş isidib 2 dəqiqə qaynadın, sonra 2 saat gözləyib yenidən isidib adi çay kimi 10 dəqiqə dəmləyin. Oddan götürdükdən sonra ilıq olana qədər gözləyib sonra 2 xörək qaşığı bal qarışdırın, soyuyandan sonra bu bir litri gün ərzində için. Həm yeməkdən əvvəl, həm də yeməkdən sonra içə bilərsiniz. Müalicə müddəti 1 aydır. 15 gündən sonra təkrar içmək mümkündür.
 
Faydaları:
 
Həkimin sözlərinə görə,  tərkibində bal olmasına baxmayaraq bu qarışım mədə-bağırsaq yaraları, (qastrit, kolit) mədə, bağırsaq, mədəaltı vəz xərçəngi, bağırsağın xora xəstəliyi zamanı (qeyri spesifik xoralı kolit) şəkər xəstələrinə olduqca əla təsir edir (hər ehtimal şəkər xəstələrinə balı 1 xörək qaşığı qarışdırmaq məsləhət görülür). Bağırsaq qurdları (askarid, enterobioz, lyambliyoz), böyrəyin sidik kisəsinin iltihabi xəstəlikləri (tez-tez sidiyə getmələrdə), ümumi zəiflikdə (çay orqanizmi çox gümrahlaşdırır, müxtəlif mənşəli köpmələrdə, qaraciyər fermentəlirinin (ALT, AST, xolesterin, bilrubin yüksəkliyində və sair), öd qatılığında (ağızın acı olması) və revmatizmlərdə bu çayın içilməsi olduqca faydalıdır. Çayın heç bir ziyanı yoxdur, sadəcə istifadə zamanı fərdi olaraq kiməsə əlavə yan təsirləri və ya allergiya olarsa, qəbulu dayandırmaq lazımdır.
 
Fitoterapevt əlavə edib ki, bu faydalı qidanı 5 yaşdan aşağı uşaqlara vermək olmaz:
 
"Əgər vermək istəsəniz, hərəsindən 1 çay qaşığı 2 stəkan suda hazırlayıb 2 çay qaşığı bal qarışdıra bilərsiniz".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub