Karbohidratlı qidalar diş əti xəstəliklərinin yaranmasına səbəb olan bakteriyalar yaradır
09.05.2022 08:37

Karbohidrat miqdarı yüksək olan qidalar ağız boşluğunda diş çürüməsinə və diş əti xəstəliklərinin yaranmasına səbəb olan bakteriyalar yaradır.

 

Aztibb.az bildirir ki, aparılan tədqiqatlara görə, şəkər və karbohidratlı qidalar ağız mikrobiomunu məhv edə bilər. Buffalo Universitetindən olan bir qrup tədqiqatçı, müntəzəm olaraq şəkər tərkibli qidalar qəbul edən insanların ağızlarında diş çürüməsi və diş əti xəstəliklərinə səbəb olan zərərli bakteriyaların olduğunu bildirir.

 

İctimai Sağlamlıq və Sağlamlıq Peşələri Məktəbinin epidemiologiya və ətraf mühitin sağlamlığı üzrə dosenti Amy Millen deyib: "Diş əti xəstəliklərinin yaranmasında iştirak edən ağız bakteriyaları, ilk növbədə, subgingival lövhədə yaşayır. Bəzən bakteriyaların miqdarını ölçmək bizə onların periodontal xəstəliklə necə əlaqəsi olduğunu söyləməyə bilər".

 

Tədqiqatçı komanda 1204 nəfərin ağız boşluğunda yerləşən subgingival lövhədən nümunələr götürüb. Onlar yüksək miqdarlı karbohidratların ağızda kariyes, diş əti qanaması kimi xəstəliklərin yaranmasına səbəb olduğunu aşkar edib.

 

A.Millen qeyd edir ki, "Biz, eyni zamanda, ağız mikrobiomunda yaranan və istehlak edilən qidalar səbəbindən inkişaf edən digər bakteriya növlərini də tədqiq etdik. Bakteriya və mikroblardan qorunmaq üçün sağlam qidalanmaq və pəhriz saxlamaq vacibdir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub