Xərçəng riskini azaltmağa kömək edən - Üç qida məhsulu
08.05.2022 18:00

Onkoloq İvan Karasyovun sözlərinə görə, xərçəng xəstəlikləri riskini effektiv şəkildə azaltmağa kömək edən "sadə və əlçatan" qida məhsulları var.

 

“Sadə və əlçatan qida məhsulları var. Eksperimental yol ilə müəyyən edilib ki, müəyyən qida məhsullarının müntəzəm olaraq istehlakı onkoloji xəstəliklərin yaranması riskini azaltmağa kömək edir”, - deyə İvan Karasyov öz bloqunda yazıb.

 

Onkoloq qeyd edib ki, “üç yoxlanılmış ucuz qida məhsullu” xərçəng xəstəliyi riskini azaltmağa kömək edir. Onlardan biri sarımsaqdır.

 

Karasyov fərdi əks göstərişlər olmadıqda bu ədviyyatlı tərəvəzin istehlakını xərçəng əleyhinə faydalı vərdiş hesab edir.

 

Sarımsaq birləşmələri dərinin, yoğun bağırsağın, ağciyərin bədxassəli şişləri kimi onkoloji xəstəliklərin yaranmasına qarşı müdafiəni gücləndirir.

 

Digər sınaqdan keçirilmiş və əlçatan qida məhsulu – tərkibində güclü antioksidantlar olan tərəvəz - brokkolidir. Onkoloq bildirib ki, qida məhsulunun istehlakı süd vəzisi xərçənginin inkişafının qarşısını almağa kömək edir.

 

Həkim, həmçinin sitrus meyvələrini daha tez-tez qəbul etməyi tövsiyə edir. Xüsusilə də, tərkibində monoterpen maddələri olan qreypfrutları. "Monoterpenlər orqanizmdən kanserogen maddələrini çıxararaq bütün növ xərçəng xəstəlikləri riskini azaltmağa kömək edir”.

 

Onun sözlərinə görə, limon və portağal istehlakı limfositlərin - xərçəng hüceyrələri ilə mübarizə aparan immun sisteminin hüceyrələrinin fəaliyyətini stimullaşdırır.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev