Psixi problemlər ürək xəstəlikləri və qan təzyiqi ilə sıx əlaqəlidir - TƏDQİQAT
08.05.2022 09:10

Cənubi Avstraliya Universitetinin (UniSA) mütəxəssislərinin araşdırmalarına görə, psixoloji problemlər ürək-damar xəstəliklərinin yaranmasına səbəb olur. Aparılan tədqiqatlarda psixi problemlərin ürək xəstəlikləri və qan təzyiqi ilə sıx əlaqəli olduğu müşahidə edilib.

 

Aztibb.az bildirir ki, qeyri-sabit qan təzyiqi həm orqan zədələnməsinə, həm də ürək-damar xəstəliklərinə səbəb ola bilər. UniSA tədqiqatçısı professor Renly Lim izah edir ki, psixoloji problemlərin orqanizmdə qan təzyiqi və ürək döyüntüsünə birbaşa təsir göstərməsi fikrini dəstəkləmək üçün dəqiq sübutlar var. "Biz narahatlıq, depressiya və digər psixi problemlərdən əziyyət çəkən insanlarda aparılan 12 tədqiqatı nəzərdən keçirdik və aşkar etdik ki, yaşdan asılı olmayaraq, ruhi xəstəliklər qan təzyiqi və ürək döyüntüsü ilə əhəmiyyətli dərəcədə əlaqəlidir”.

 

Psixoloji problemlər gecə bədənin sakitləşməsinə mane olur. Psixi xəstəlik diaqnozu qoyulmuş insanlarda nəbzin normadan aşağı olması müşahidə edilib.

 

R.Lim qeyd edib ki, “Ürək-damar xəstəliklərindən qorunmağın yolu sağlam qidalanma, idman və stresdən uzaq olmaqdır. Bu tədqiqatdan əldə edilən nəticə ondan ibarətdir ki, biz psixi xəstəliklərin fiziki təsirlərinə daha çox diqqət yetirməliyik. Dünyada insanların 11 faizi psixoloji problemlər və depressiyadan əziyyət çəkir. Psixi problem ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola biləcəyi üçün erkən terapevtik müdaxilə vacibdir”.

 

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub