ÜST: Tibb müəssisələri yoluxucu xəstəliklər mənbəyinə çevrilməməlidir
07.05.2022 17:51

Tibb müəssisələri çox vaxt yoluxucu xəstəliklərin yayılması məkanına çevrilirlər. Bununla belə, tibbi yardımın göstərilməsi zamanı pasiyentlərin yoluxması problemi təkcə inkişaf etməkdə olan kasıb ölkələr üçün aktual deyil, COVID-19 pandemiyası isə bu problemi daha da kəskinləşdirib. 

 

Aztibb.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni məruzəsində deyilir. Onun müəllifləri qeyd edirlər ki, əllərin lazımi gigiyenası və digər səmərəli üsullara riayət olunduqda bu cür infeksiyaların 70 faizinin qarşısını almaq olar.

 

Bu gün yüksək gəlirli ölkələrdə təcili yardım xəstəxanalarının hər 100 pasiyentindən yeddisi, aşağı və orta gəlirli ölkələrdə isə 15 pasiyent xəstəxanada olduğu zaman tibbi yardımın göstərilməsi ilə əlaqədar ən azı bir infeksiyaya yoluxur. Orta hesabla hər on pasiyentdən biri bu cür yoluxma nəticəsində həyatını itirir.

 

Reanimasiyada olan insanlar və yeni doğulanlar xüsusi riskə məruz qalırlar. Məruzədə deyilir ki, xəstəxanada təxminən hər dördüncü sepsis hadisəsi və yetkin insanlar üçün reanimasiya şöbələrində daxili orqanların fəaliyyətinin pozulması ilə bütün sepsis hadisələrinin təxminən yarısı tibbi yardımın göstərilməsi ilə bağlıdır.

 

“COVID-19 pandemiyası vəziyyəti qiymətləndirmək və infeksiyaların yayılmasına hazırlığın və infeksiyaların profilaktikası və yoluxma nəzarəti vasitəsilə onlara cavab verməyin səviyyəsini mümkün qədər tez zamanda artırmaq, eləcə də bütün səhiyyə sistemində profilaktik proqramları möhkəmləndirmək üçün görünməmiş imkan yaradıb. İndi bizim vəzifəmiz bütün ölkələrin bunun üçün lazımi kadr, material və infrastruktur tapmasını təmin etməkdən ibarətdir”, – deyə ÜST-nin baş direktoru Tedros Qebreyesus məruzəni təqdim edərək bildirib.

 

ÜST dünyanın bütün ölkələrini tibbi yardımın keyfiyyətinin yaxşılaşdırılması, pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyi üçün infeksiyaların profilaktikası və yoluxucu nəzarət proqramlarına investisiyaları artırmağa çağırır.

 

Bundan əvvəl ÜST-nin verdiyi məlumata görə, dünyanın hər dördüncü tibb müəssisəsində adekvat sanitariya-gigiyena şəraiti, o cümlədən su kəməri yoxdur. Həkimlər, tibb bacıları, xəstə baxıcıları və onların pasiyentləri əl yumaq və ya normal tualetlərdən istifadə etmək imkanına malik deyilsə, bu tibb ocaqları xəstəliklər mənbəyinə çevrilir. Dünyada xəstəxanaların üçdəbiri tullantıların çeşidlənməsi və utilizasiyası üzrə təhlükəsiz vasitələrlə təchiz edilməyib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır