Uşaqları tərəvəz yeməyə necə öyrətmək olar? - TƏDQİQAT
09.05.2022 12:56

Yeni araşdırma göstərib ki, balaca uşaqlar kiçik mükafatlar aldıqları təqdirdə daha çox tərəvəz istehlak edirlər. Valideynlərin bildiyi kimi, uşaqlara tərəvəz yeməyi öyrətmək çətin məsələdir. 

 

Aztibb.az medikforum.ru-ya istinadla uşaqlara tərəvəz yeməyi necə öyrətmək lazım olduğundan bəhs edir.

 

"Tərəvəzləri erkən yaşlardan rasiona daxil etmək vacibdir", - deyə Niderlanddakı Qida məhsulları, sağlamlıq və təhlükəsizlik İnstitutunda Uşaq qidalanma proqramının rəhbəri Britt van Belkom bildirib. Qeyd edib ki, əvvəlki araşdırmalardan bilirik ki, balaca uşaqlar adətən təzə tərəvəzi bəyənməmişdən əvvəl onun 8-10 dəfə dadına baxmalıdırlar.

 

Alimlər uşaqlara müntəzəm olaraq tərəvəzin dadına baxmaq təklif olunarsa, onların seçimlərinin necə dəyişdiyini nəzərdən keçiriblər. Müvafiq proqrama bir yaşdan dörd yaşa qədər 600-ə yaxın uşaq cəlb olunub. B. van Belkom həmkarları ilə birgə onları təsadüfi seçim yolu ilə üç qrupa bölüblər: təsir/mükafat, təsir/mükafatsız və təsirsiz/mükafatsız nəzarət qrupu. İlk iki qrupa daxil olan uşaqlara üç ay ərzində hər gün uşaq bağçasında müxtəlif tərəvəzlərin dadına baxmaq təklif olunub. Eyni zamanda, birinci qrupdakı uşaqlara əyləncəli mükafatlar: stikerlər və ya oyuncaq taclar təklif edilib.

 

Tədqiqatın ilk və son mərhələsində alimlər tərəfindən tərəvəzlərin dadına baxmaq hazırlığı ölçülüb, maksimal olaraq 12 bal verilib. İlkin testləşdirmə çərçivəsində, qrupdan asılı olmayaraq, uşaqların tərəvəzlərin dadına baxmaq hazırlığı altı bal ilə məhdudlaşdırılıb. Nəzarət qrupu aşağı nəticələr göstərib, mükafat almayan qrupda göstərici dəyişməz olaraq qalıb və mükafat alan qrupda yeddiyə çatıb. Xanım van Belkom deyir ki, mükafatlarla birlikdə körpələrə müntəzəm olaraq tərəvəzlər təklif edildikdə, onlar yeni variantları daha tez-tez dadmağa hazır olurlar.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Samux rayonunun ən ucqar kəndlərindən biri olan Burunqovaqda səyyar tibbi aksiya 
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib