FAO: “Qida Təhlükəsizliyi İnstitutu dünyanın ən qabaqcıl laboratoriyalarına malikdir”  
07.05.2022 16:51

"Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları dünyanın ən qabaqcıl laboratoriyalarından biridir".

 

Bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.

 

O, bildirib ki, AQTİ-də qurulan laboratoriyalarda müayinələr yüksək peşəkarlıqla həyata keçirilir: “Hətta mən burda ən son nəsil avadanlıqlar gördüm ki, buna qibtə etməmək mümkün deyil. Cihazlar və avadanlıqlarla yanaşı, burada müayinələr beynəlxalq metodlar əsasında yüksək peşəkarlıqla həyata keçirilir”.

 

Qu Donqyu qeyd edib ki, belə laboratoriyaların fəaliyyəti Azərbaycan üçün böyük önəm daşıyır: “Burda həm də işçi heyət peşəkardır, səriştəlidir, eləcə də lazım olan bütün şərait və avadanlıqlar mövcuddur. Eyni zamanda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xüsusi kodeksləri və təlimatları var ki, onlara riayət olunması da çox önəmlidir”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib