Antioksidant tərkibli qidalar qaraciyərin təmizlənməsi üçün vacibdir
07.05.2022 11:26

İnsan bədənində ən vacib orqanlardan biri olan qaraciyərin təmizlənməsi və yenilənməsində sağlam qidalanma böyük rol oynayır. Bəzi qidalar qaraciyərdəki toksinləri xaric edərək, onun sağlamlığını qoruyur.

 

Antioksidant tərkibli olan sarımsaq qaraciyərin təmizlənməsi üçün vacib bir qidadır. Vitaminlərlə zəngin olan sarımsaq qaraciyər fermentlərini aktivləşdirir, toksinlərin bədəndən çıxarılmasına imkan yaradır.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, sarımsağın tərkibindəki kükürd birləşmələri orqanizmdəki fermentlərin istehsalına kömək edir. Təbii antibiotik hesab edilən sarımsağın çiy yeyilməsi daha məqsədə uyğundur.

 

Bədənin sağlam yağ qəbul etməsi üçün ən faydalı meyvə olaraq bilinən avokado qaraciyərin bərpasını təmin edir və tərkibindəki omega-6 yağı ilə hüceyrələri yeniləyir. Eyni zamanda avokado bədəndəki zərərli yağ turşularını məhv edir.

 

Sağlam qaraciyər üçün vacib qidalardan biri də üzümdür. Aparılan tədqiqatlarda üzüm tumunun qaraciyər zədələnməsi probleminə müsbət təsir etdiyi müşahidə edilib. Bədəni zərərli toksinlərdən təmizləmək kimi vacib bir vəzifəsi olan qaraciyərin öz-özünü yeniləməsi üçün gün ərzində 2-3 litr su içmək tövsiyə olunur.

 

Spirtli içkilər, qızartma qidalar və yağlı souslar qaraciyərin sağlamlığı üçün ziyandır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub