Topuqda güclü ağrılarla müşahidə edilən xəstəlik - Daban mahmızı
08.05.2022 18:15
Daban mahmızı - çox geniş yayılmış, topuqda güclü ağrılarla müşahidə edilən xəstəlikdir. Bu dayaq-hərəkət aparatının pozğunluğu olub, tibbdə plantar fassit də adlanır. Fassit zamanı daban nahiyəsində yerləşən bağlar iltihablaşır. İltihab artdıqca daban sümüyünün üzərində çıxıntılar (osteofitlər) əmələ gəlir. Məhz bu çıxıntılara "şpor"lar deyilir. Bəzən bu çıxıntılar 12 mm qədər olur.
 
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov bu xəstəlik və onun müalicəsi barədə məlumat verib.
 
Həkim bildirib ki, əgər müalicəyə vaxtında başlanmazsa dabanda dözülməz ağrılar, yeriyərkən axsamaq kimi fəsadlarla xəstələri narahat etməyə başlayacaqdır. Ağrılar xüsusilə uzun müddət ərzində oturduqdan və ya uzandıqdan sonra güclü olur, bir qədər gəzdikdən sonra ağrılar azalır.
 
Son dövrlər daban şporlarının müalicəsində zərbə-dalğalı terapiyadan geniş istifadə olunur. Daban şporunun müalicəsində Zərbədalğalı- terapiya çox gözəl müalicəvi alternativ metod hesab edilir. Bu terapiya qısa müddətə müsbət nəticə əldə etməyə kömək edir:
 
"Bu müalicə üsulu çox effektlidir. Zərbə-dalğalı terapiya həm iltihabı azaldır, həm də osteofitləri parçalayır. Ağrı nahiyyəsinə ultrasəs dalğaları 3-4 sm dərinliyə qədər ötürülür. Bu dalğalar müxtəlif tezliklərdə təsir edir. Bu zaman zədələnmiş bağlarda və sümüklərdə yığılmış kalsi yığıntiları tədricən parçalanaraq yumuşalır və qan vasitəsilə xaric olunur. Paralel olaraq regenerasiya prosesləri güclənir və nəticədə iltihab və ödem əlamətləri itir. Damarlar genişlənir, mikrosirkulyasiya güclənir və yumşaq toxumalarda hüceyrə bərpası sürətlənir.
 
Birinci seansdan sonra dabanda olan ağrı azalır, bütün kursu keçəndən sonra sağalma baş verir. Zərbə dalğalı terapiya zamanı vətər və bağlar möhkəmlənir. Prosedurun müddətini - zərbələrin sayını həkim təyin edir, seans 10 deqiqədən 20 deqiqəyə kimi davam edə bilər, kurs müalicə intervallarla 4-7 seans təyin olunur".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub