“Tütünə və narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib
07.05.2022 10:47

İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 10 nömrəli sanatoriya tipli orta məktəbdə “Tütünə və narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirin təşkilində əsas məqsəd gəncləri sağlam həyat tərzi keçirməyə çağırmaq, tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərin fəsadları barədə onları məlumatlandırmaq idi.

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdir müavini Ülkər Camalova tədbirdə çıxış edərək, narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsiri barədə ətraflı məlumat verib, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını nəzərə çatdırıb. O, həmçinin qeyd edib ki, narkotik maddələr insanın fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərməklə bərabər, onun cinayət törətməsinə də səbəb olur. Odur ki, gənclərə sağlam həyat tərzi sürmək, gələcəyini məhv edən vərdişlərdən uzaq olmaq tövsiyə olundu.

 

Daha sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodisti Pərvin Quliyeva təqdimatla çıxış edərək, sağlam həyat tərzinin əhəmiyyətindən, gənclərin asudə vaxtının səmərəli təşkilin vacibliyindən söz açıb. Zərərli vərdişlərə aludəliyin təhlükəli fəsadlarından söz açan ekspert bildirib ki, narkomaniya yaddaş və dərk etmə qabiliyyətini pozur, həyata qarşı laqeydlik yaradır, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına, daxili orqanların zəhərlənməsinə və müxtəlif xəstəliklərə səbəb olur. Bütün zərərli vərdişlərin orqanizm üçün ciddi təhlükə törətdiyini vurğulayan Pərvin Quliyeva iştirakçıları öz sağlamlıqlarına məsuliyyətlə yanaşmağa, sağlam həyat tərzi keçirməyə çağırıb.

 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib