ATU tələbələri beynəlxalq konfransda ikinci yer tutublar
06.05.2022 14:54

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Səbinə Həsənzadə və Fəridə Ağayarlı Tacikistanın “Avisena” Dövlət Tibb Universitetində keçirilən konfransda uğurla iştirak ediblər.

 

ATU-nun rektoru, professor Gəray Gəraybəyli səfərdən qayıdan tələbələri qəbul edib, onların beynəlxalq tədbirlə bağlı təəssüratlarını dinləyib.

 

Görüş zamanı məlumat verilib ki, ATU-nun II müalicə profilaktika fakültəsinin II kurs tələbəsi Səbinə Həsənzadə tibbi konfransda “Anatomiya kafedrasının Karpal tunel sindromunun morfoloji əsaslandırılması” mövzusunu təqdim edib. Həmin fakültənin digər tələbəsi Fəridə Ağayarlı isə daxili xəstəliklər kafedrası üzrə “Sinovidlər zamanı oynaqlarda baş verən dəyişikliklər” mövzusu ilə çıxış edib. Onların təqdim etdiyi mövzular 2-ci yerə layiq görülüblər.

 

Professor Gəray Gəraybəyli uğurlu nəticə ilə bağlı tələbələri təbrik edib, belə təcrübənin gənclər üçün əhəmiyyətli olduğunu vurğulayıb. Rektor belə təşəbbüslərin hər zaman universitet rəhbərliyi tərəfindən dəstəklənəcəyini deyərək, tələbələri daha fəal olmağa çağırıb.

 

Daha sonra “Avisena” Dövlət Tibb Universiteti tərəfindən ATU rəhbərliyinə ünvanlanan təşəkkürnaməni rektor, professor Gəray Gəraybəyliyə təqdim edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib