Fitoterapevtdən çia-kokos qarışımlı arıqlama çayı RESEPTİ
06.05.2022 12:00
Çia arıqlamaq üçün geniş istifadə olunan və dünyada məşhur bitkilərdəndir. Çia toxumları ac qarına mədəyə daxil olduqdan bir neçə dəqiqə sonra əvvəlki həcmindən bir neçə dəfə artıq böyüyərək mədədə şişir və mədə həcmini tutur bununla da, iştaha hissini zəiflədir. Çia toxumunda zəyərəkdən və bəzi balıqlardan daha çox omeqa 3 vardır. Hər 60 qramında 10 qrama yaxın Omeqa 3 mövcuddur, tərkibindəki triptofan adlı maddə toxluq hissi verən amin turşusudur.
 
Aztibb.az xəbər verir ki, bu barədə fitoterapevt Fizuli Hüseynov məlumat verib. 
 
Çia toxumu faydalı xolesterini (HDL) artırır ziyanlı xolesterini (LDL) və triqliseridləri aşağı salır. Bu toxumlar yüngül işlədicidir və bununla da bağırsaqları şlaklardan və artıq tullantılardan təmizləyir. Çia toxumları çiy formada istifadə olunduqda həm arıqladıcı təsiri güclü olur, həm də faydası daha çox olur.
 
Qurudulmuş və üyüdülmüş kokos hissəcikləri öz kütləsinin 60 faizə qədəri sellülozadan ibarət olan mükəmməl bir bağırsaq tənzimləyicisidir. Son elmi araşdırmalarda kokos istifadəsi zamanı qarın piylərinin əridilməsi sübut edilmişdir. Tərkibindəki doymuş və doymamış yağlar insanda toxluq hissi yaradır, tərkibindəki zəngin minerallar isə enerji balansını tənzimləyir.
 
Çia və kokos tozunun birlikdə istifadəsi sağlam şəkildə arıqlamaq istəyənlər üçün mükəmməl bir vasitədir. Qarışım vərdiş əmələ gətirmir, uzunmüddətli istifadə zamanı heç bir əlavə təsiri yoxdur, zəngin antioksidant mənbəyi olaraq xərçəngdən qorunmaq üçün əla bir vasitədir. Bu qarışım bağırsaqları işləməyə məcbur edərək piylərin əridilməsinə, köpün aradan qalxmasına səbəb olur.
 
İstifadə qaydası:
 
Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1-2 çay qaşığı çia-kokos qarışımı ağıza atılır üstündən 1-2 stəkan su içilir və ya 1 kasa qatığla, salatlara və ya duru yeməklərə qarışdırıb yeyə bilərsiniz. Bu qarışımdan istifadə etdikdən sonra 1-2 stəkan su içilməsi bu qarışımın mədədə daha çox şişməsinə səbəb olur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub