Dializ metodları böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət sağ qalmasına imkan verir  - NEFROLOQ
07.05.2022 10:28

Böyrəklərin funksiyası tamamiilə dayandığı zaman böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə həyatlarını davam etdirmək üçün "dializ " və " böyrək nəqli" ( transplantasiyası) seçimləri verilir. Dializ metodları çətin və sosial həyatda bir sıra problemlər yaratmasına baxmayaraq böyrək çatışmazlığından əziyyət çəkənlərin uzun müddət sağ qalmasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə nefroloq Barat Yusubov bildirib.

 

Həkim bildirib ki, orqan transplantasiyası daha üstün müalicə metodu sayılsa da,  bir çox hallarda pasientlər dializ metoduna üz tutmalı olurlar. B.Yusubov qandan zərərli maddələri təmizləyən və maye normasını tənzimləyən dializin 2 növü olduğunu bildirib.

 

"Periton dializ üsulunda bir torba içərisində yerləşən məhlul, xəstənin qarnına yerləşdirilən kateter vasitəsilə gündə 4 dəfə 40 dəqiqə olmaq şərtilə qarın boşluğuna verilir. Xəstənin evdə özünün edə biləcəyi bu yöntəmlə qandakı zəhərli maddələr və artıq maye qarın pərdəsi vasitəsi ilə uzaqlaşdırılır", - deyə həkim bildirib.


Əlavə edib ki, hemodializ üsulu isə böyrək funksiyalarının bir aparat tərəfindən yerinə yetirildiyi bir metod olub, həftədə 4 dəfə 4 saat həkim nəzarəti altında aparılmalıdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub