İmtahanda zəhərlənənlər evə buraxıldı
14.09.2020 10:17

Həftəsonu “Yüksəliş” müsabiqəsinin imtahanı zamanı zəhərlənən şəxslərin hamısı xəstəxanadan evə buraxılıb. 

 

“Yüksəliş” İctimai Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aliyə Əliyeva bu barədə məlumat verib. 

 

O qeyd edib ki, zəhərlənənlərin hamısı elə həmin gün 1 və 3 saylı xəstəxanaya yerləşdirilmişdi: “Bütün xəstələr ambulator rejimdə müalicə aldıqdan sonra evə buraxıldı. Hazırda xəstəxanada müalicəsini davam etdirən yoxdur. O cümlədən, “Çağrı” mərkəzimiz 1000-ə yaxın insanın hamısıyla bir-bir əlaqə saxladı. Hər kəsin vəziyyəti yaxşıdır. 

 

Buna baxmayaraq, hazırda Qida Təhlükəsizliyi Agentliyindən ekspertizanın rəyini gözləyirik. Bu, bizim üçün bir məyusluq idi. Zəhərlənənlərin əksəriyyəti işçi və texniki heyət idi. İştirakçılar isə təqribən 20 faiz təşkil edirdi. 

 

Ona görə ekspertizanın nəticəsini gözləyirik. Hazırda əməkdaşların hər biri işə çıxır. Biz digər imtahanlarımızı psixoloji məsələlərə görə yarımçıq saxlamalı olduq. Hazırda imtahanlar üzərində işləyirik”.

 

Xatırladaq ki, sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayan ikinci imtahanında 24 mərkəzdən 5-ndə qidadan zəhərlənmə halı qeydə alınmışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub