Bir səhər yuxudan oyanırsınız və hiss edirsiniz ki, üzünüzdə “keyləşmə” var...
04.05.2022 15:42
"Təsəvvür edin, bir səhər yuxudan oyanırsınız və aşkar edirsiniz ki, üzünüzün bir tərəfində nəsə qaydasında deyil. Hansısa xoşagəlməz bir hiss, nəsə “keyləşmə” var. Yadınıza düşür ki, ötən gün üzünüzün bu tərəfində yüngül ağrı var idi. Güzgüyə baxdıqda bir tərəfin sadəcə işləmədiyini görürsüz. Gülümsəyə bilmirsiniz. Gözünüz qapanmır. Danışdıqda tələffüzünüz də bir az dəyişib. Bu nədir? Mənin üzüm həmişəlik bu vəziyyətdə qalacaq?".
Aztibb.az-ın xəbərinə görə, tanınmış reabilitoloq, fizioterapevt, idman zədələri üzrə mütəxəssis, osteopat Pərvin Əkbərov üz sinirinin nevriti xəstəliyi barədə məlumat verərkən belə deyib.
Həkimin sözlərinə görə, üz sinirinin nevriti və ya Bell iflici - 7 cüt kəllə-beyin sinirlərinin, əksər hallarda onlardan birinin iltihabıdır. Xəstə insan üz əzələlərinə nəzarəti və emosiyaların göstərmək imkanını itirir: qaşlarını çatmaq və ya qaldırmaq, gülümsəmək, heyrətlənmək və hətta qidanı düzgün çeynəmək imkanından məhrum olur. Xəstənin sifəti asimmetrik və əyilmiş şəkil alır.
O, bildirib ki, üz sinirinin iltihabına səbəb olan amillər (Herpes virusu, beyin şişləri, açıq və qapalı beyin travmaları, keçirilmiş otit və sinusitlər, şəkərli diabet, stress və depressiya, dağınıq skleroz, yüksək qan təzyiqi, hamiləlik, böyük dozada alqokol qəbulu və s.) damarların spazmına (daralmasına) gətirib çıxarır. Bu halda, qan kapillyarlarında durğunluq yaranır və onlar genişlənir. Qanın maye komponenti kapillyarların divarlarını keçir və hüceyrəarası fəzalarda toplanır. Toxumanın ödemi yaranır ki, bunun da nəticəsində venalar və limfa damarları sıxılır və limfanın drenajı pozulur.
Bunun nəticəsində sinirin qanla təchizatı və qidalanması pozulur. Sinir hüceyrələri oksigen çatışmazlığına çox həssasdır. Sinir kötüyü şişir, onda qansızmalar yaranır. Bu, sinir impulslarının beyindən əzələlərə pis ötürülməsinə gətirib çıxarır. Beyindən gələn komandalar sinir lifləri boyu ötürülmür, əzələlər onları “eşitmir” və fəaliyyət göstərmir. Xəstəliyin bütün simptomları bununla bağlıdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

