Bu əlamətlər orqanizmdə B12 vitamini çatışmazlığının olduğunu göstərir 
04.05.2022 09:45

B12 vitamini çatışmazlığı bir neçə əlamətlə, ilk növbədə də dərinin rəngi ilə müəyyən edilə bilər. Belə insanlarda dəri çox solğun və ya saralmış olur.

 

Aztibb.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə rusiyalı nutrisioloq Anastasiya Qavrikova həkimə getmədən və analizlər vermədən B12 vitamini çatışmazlığını necə təyin etməyi açıqlayarkən bildirib.

 

Onun sözlərinə görə, bir çoxları bu vitaminin əhəmiyyətini düzgün qiymətləndirmir, halbuki sinir hüceyrələrini sağlam saxlamaq, sinir impulslarının ötürülməsi funksiyasını yaxşılaşdırmaq və mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmaq üçün əvəzsizdir.

 

Bundan başqa, körpənin nevroloji pozğunluqlarının qarşısını almaq üçün hamilə qadınlarda B12 vitamini kifayət qədər miqdarda olmalıdır.

 

"Daimi zəiflik və yorğunluq da B12 çatışmazlığının vacib siqnallarıdır. Yaddaş problemləri, əhval dəyişikliyi, dad reseptorları olmayan iltihablı qırmızı dil (selikli qişanın atrofiyası) da problemi göstərə bilər", - deyə Qavrikova əlavə edib.

 

Nutrisioloq B12 vitamininin əsasən qaraciyərdə, dietik ətdə, toyuqda, balıqda, dəniz məhsullarında və yumurtada olduğunu vurğulayıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu