Gün ərzində 1-2 ədəd yumurta yemək immun sistemini möhkələndirir
04.05.2022 09:37

Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmir, amin turşuları və antioksidantlarla zəngindir.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, təbii yollarla bəslənmiş toyuq yumurtasının tərkibindəki qiymətli maddələrin dəyəri isə onun tərkibində hormonların və antibiotiklərin olmaması səbəbindədir.

 

İnsan orqanizmin 11 növ əvəzolunmaz yağ turşusu istehsal edir. Bu yağ turşuları orqnizmin funksiyalarının normal fəaliyyət göstərməsi üçün vacib sayılır. Yumurtanın tərkibində bu yağ turşularının 9 -u var. Bu yağ turşuları xroniki yorğunluğu aradan qaldırır, dərinin və saçların sağlamlığını qoruyub saxlayır, immun sistemin möhkələnməsinə səbəb olur.

 

Gün ərzində 1-2 ədəd yumurta yemək immun sistemi möhkələndirir, orqanizmi infeksiya xəstəliklərin yoluxmaqdan qoruyur. Buna səbəb yumurtanın tərkibindəki selen və mikroelementlərin çox olmasıdır.

 

Yumurtanın tərkibindəki aminturşuları orqanimdəki həyəcanı və stressi aradan qaldırır, insanın psixi sağlamlığını qoruyur. Bunun səbəbi yumurtanın tərkibindəkilərin orqanizmdə serotoninin miqdarını artırmasıdır. Serotonon orqanizmə rahatlıq, sakitlik və xoş əhval-ruhiyə bəxş edən hormondur.

 

Yumurta dişlərin və sümüklərin də möhkəmlənməsinə səbəb olur. Buna səbəb də onun tərkibində D vitaminin çox olmasıdır. Bu qida dərinin sağlamlığına təsir edir, görməni yaxşılaşdırır, qara ciyərin fəaliyyətini yaxşılaşdırır. Bu da onun tərkibində B2 və B12 vitaminlərinin çox olmasıdır.

 

Hər gün yumurta yemək insanın sinir sistemini möhkəmləndirir. Eyni zamanda çəkinin azalmasına səbəb olur. Bəzi dietoloqlar hətta gün ərzində yanlız yumurta yeməklə pəhriz saxlayıb sağlam arıqlamağı məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev