Sumqayıtda aztəminatlı ailələrinin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib
01.05.2022 19:07

Sumqayıt şəhər Cümə Məscidinin təşəbbüsü, Sumqayıt Tibb Mərkəzinin (STM) təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə şəhərin aztəminatlı ailələrinin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.

 

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq xəstəxanasında cərrahlar tərəfindən uşaqlara ambulator baxış keçirildikdən sonra onlara göstəriş üzrə “Circumcizio” (sünnət) əməliyyatı həyata keçirilib.


Üç gün davam edən aksiyada ümumilikdə 60 uşaq sünnət edilib. Uşaqlar aztəminatlı ailələr arasından seçilib. Əməliyyatlar uğurla başa çatıb, uşaqların ailələri bu aksiyaya görə təşkilatçılara, bu işdə əməyi keçən kollektivə təşəkkür ediblər.

 

Aksiyanın sonuncu günü STM-in direktoru Səkinə Sadıxova Uşaq xəstəxanasında olub, valideynləri təbrik edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib