Yuxusuzluq təhlükəli nəticələrə səbəb ola bilər - Britaniyalı həkim
01.05.2022 16:08

Böyük Britaniyanın sağlam yuxu və qidalanma üzrə aparıcı mütəxəssisi doktor Qreq Potter yuxusuzluğun sağlamlıq üçün yarada biləcəyi fəsadlardan danışıb. O, yuxusuzluğun yaddaşı və beynin fəaliyyətini əhəmiyyətli dərəcədə pozduğu, şəkərli diabet, piylənmə və orqanizmdə bir sıra pozğunluqlara səbəb olduğu barədə xəbərdarlıq edib.


Aztibb.az xəbər verir ki, britaniyalı həkim Yaponiyanın Oita Universitetinin alimləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsaslanaraq kifayət qədər yuxu almayan insanların piylənmədən 38% daha çox əziyyət çəkdiyini bildirib. Həmçinin o qeyd edib ki, yuxusuzluqdan əziyyət çəkməyən insanlarla müqayisədə yuxusuz qalan insanlarda şəkərli diabetə tutulma riski 37 faiz, hipertoniya riski 17 faiz və ürəyin işemik xəstəliyi riski 26 faiz çoxdur. Mütəxəssisin sözlərinə görə, yetkin insanın sutkada 7-9 saat yatması önəmlidir.

 

Həmçinin həkimin sadaladığı yuxusuzluq problemləri sırasında beynin fəaliyyətinin pisləşməsi və nəticədə diqqətin pozulması da vardır ki, onun sözlərinə görə, xroniki yuxusuzluq konsentrasiya qabiliyyətinə minimum dərəcədə alkoqol sərxoşluğu qədər təsir edir. Bundan əlavə, Potter immunitet sisteminin zəifləməsi ehtimalı barədə xəbərdarlıq edir ki, bu da respirator xəstəlikləri riskini artırır.


Bundan əlavə, həkim xroniki yuxu problemlərinin daha iki nəticəsinindən danışıb. Belə ki, yuxusuzluq  gün ərzində yorğunluğa və əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər ki, bu da mühüm qərarların qəbul edilməsini çətinləşdirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub