Soğan yemək orqanizm üçün faydalıdır
01.05.2022 15:01

Soğan ən faydalı və müalicəvi tərəvəzlərdən biridir. Soğanın tərkibində çoxlu faydalı komponentlər var. Onun müalicəvi xüsusiyyətləri elmə çoxdan məlumdur. Soğan təbiətin insanlara bəxş etdiyi təbii sərvətlərdən sayılır. Soğan yeməklə bir-çox xəstəliklərin sağalmasının tarixi qədim zamanlara qədər gedib çıxır. Bu barədə qədim əlyazmalara da rast gəlmək mümkündür.

 

Aztibb.az xəbər verir ki, soğanın aşağıakı müalicəvi xüsusiyyətləri vardır.

 

Qulaq ağrısı zamanı 

 

Qulaq ağrısı insan orqanizmində baş verən ən dözülməz ağrılardan sayılır. Qulaq ağrısı zamanı soğan suyu damızdırmaq və ya qulağa soğan dilimi qoymaq ağrının miqdarını azaldır.


Baş ağrısı zamanı 

 

Baş ağrısı zamanı qulağa soğan dilimi qoymaq ağrının azalmasına səbəb olur. Miqren ağrısı başlayan zaman qulağa soğan dilimi qoyduqda ağrı tədricən azalıb yox olur.


Öskürmə 

Öskürmə əlamətlərini aradan qaldırmaq üçün soğan şirəsindən istifadə edilir. Soğan şirəsi qana sorulduğu andan öskürək əlamətləri azalmağa başlanır.

Qızdırma zamanı

Bu üsuldan ən çox uşaqların tempraturunu aşağı salmaq məqsədilə istifadə edilir. Bu zaman alma sirkəsi ilə soğan şirəsindən qarışım hazırlanır və pambıq corab qarışımda isladılıb uşağın ayağına geydirilir.


Donma zamanı 

Əgər uzun müddət soyuqda qalıb üşümüsünüzsə, o zaman qızınmaq üçün soğan yeyin və qısa bir müddətdən sonra isindiyinizi hiss edəcəksiniz.

İnfeksiya xəstəlikləri və soğan

Dəridə infeksiya xəstəlikləri olduğu zaman soğanlı pasta hazırlayıb infeksiya əlamətlərini aradan qaldırmaq və xəstəlikləri sağaltmaq mümkündür.

Pasta aşağıdakı qaydada hazırlanır:

 
* Az miqdarda süd bişirilir, içərisinə bir dilim ağ çörək qoyulur.
* Çörək südü özünə çəkdikdən sonra onun üzərinə sürtçəgdən keçirilmiş soğan sürtülür.
* Çörək dilimi dərialtı toxuması infeksiyalmış nahiyəyə qoyulur və ən azı 3 saat saxlanılır.

Qanaxmalar zamanı 

Dərinin tamlığı pozulduğu zaman qanaxmalar meydana çıxdıqda soğanı kəsib qan axan yerə qoyub bağlamaq lazımdır.

Çapıqlar və soğan

Əməliyyatlardan sonra yaranan çapıqlardan xilas olmaq üçün soğan dilimi ilə çapıq nahiyəni sürtmək lazımdır.

Yanıqlar zamanı


Birinci dərəcəli Günəş yanıqlarından tez bir zamanda xilas olmaq üçün dəriyə soğan şirəsi sürtmək lazımdır.

Həşərat dişləməsi zamanı

Arı sancması zamanı soğanı suyu çıxana qədər xırdalayıb yara yerinə qoyduqda zəhərin dəriyə təsiri az olur.

ÇOX OXUNANLAR
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Ayağında geniş toxuma zədələnməsi yaranan pasiyentdə mürəkkəb rekonstruktiv əməliyyat uğurla icra olunub
 Birinci Moskva Dövlət Tibb Universitetinin tələbələri narkomaniya ilə mübarizəyə dair maarifləndiriliblər   
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Samux rayonunun ən ucqar kəndlərindən biri olan Burunqovaqda səyyar tibbi aksiya 
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Pirallahı Tibb Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib