Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti Ukrayna Kəllə-üz-çənə Cərrahları Cəmiyyətinə yardım edib
01.05.2022 13:56

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyəti (AzOMFS) humanizm və həmkarlıq prinsiplərinə əsaslanaraq, Ukraynada müharibənin ilk günlərindən bu ölkədən olan həmkarları ilə əlaqə saxlayıb, onların ehtiyacları haqqında məlumat əldə edib.

 

Cəmiyyətdən bildiriblər ki, AzOMFS-in Birinci və İkinci Qarabağ müharibələrində bu sahədə zəngin təcrübə qazanan fəal üzvlərinin bu təşəbbüsünə cavab olaraq, Ukrayna Kəllə-üz-çənə Cərrahları Cəmiyyətinin prezidenti, akademik Vladislav Malançuk hazırkı mərhələdə üzün odlu silahla yaralanmaların və digər vasitələrlə zədələnmələrin müalicəsində osteosintez əməliyyatlarının aparılması üçün xüsusi alət və materiallara ehtiyac olduğunu qeyd edib.

 

AzOMFS qabaqcıl şirkətlərin istehsal etdiyi alət, rekonstruktiv və mini titan lövhələr, digər alət və materiallar əldə edərək, ümumilikdə 7 min dəyərində olan yardımı lazımi ünvana çatdırıb.

 

Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin sədri, professor Çingiz Rəhimovun V.Malançuka məktubunda Birinci Qarabağ müharibəsi zamanı ukraynalıların ölkəmizə dəstəyinin önəmi xüsusi vurğulanıb, bu dostluq nümunəsinin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi qeyd olunub. Məktubda, həmçinin AzOMFS-un ukraynalı həmkarlarına bundan sonra da yardım etmək üçün daim hazır olduğu vurğulanıb.

 

Ukrayna Kəllə-üz-çənə Cərrahları Cəmiyyətinin prezidenti V.Malançukun professor Ç.Rəhimova cavab məktubunda üz-çənə xəstəlikləri və xəsarətlərinin müalicəsi üçün osteosintez əməliyyatlarının aparılmasına kömək məqsədilə AzOMFS tərəfindən göndərilmiş və dünyanın aparıcı şirkətlərinin istehsalı olan alət və materiallara görə dərin minnətdarlıq ifadə edilib. O, azərbaycanlı həmkarları tərəfindən göndərilmiş bu humanitar yardımın ukraynalı həkimlərin zərərçəkmişlərə ixtisaslaşmış tibbi yardım göstərmək imkanlarını xeyli artırdığını xüsusi vurğulayıb. Məktubda bu yardımın Azərbaycanda və digər ölkələrdə keçirilmiş elmi forumlarda hər iki ölkənin həkimləri arasında qurulmuş uzunmüddətli sıx işgüzar əlaqələrin, habelə üz-çənə cərrahlarının beynəlxalq həmrəyliyinin göstəricisi olduğu qeyd edilib.

 

V.Malançukun məktubunda Azərbaycan Ağız və Üz-çənə Cərrahları Cəmiyyətinin göndərdiyi alət və materiallardan istifadə olunmaqla aparılmış cərrahiyyə əməliyyatlarının fotoşəkilləri də yer alıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib