Allergik konyunktivitə daha çox oğlanlarda rast gəlinir
30.04.2022 15:18

Son günlər mövsümə uyğun olaraq allergik xəstəliklər aktiv olduğu üçün allergik konyunktivitdən əziyyət çəkənlər daha çox müraciət edirlər. Statistikaya görə allergik konyunktivit daha çox oğlanlarda rast gəlinir və onlar həmin patologiyanı daha ağır keçirirlər.

 

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq Nigar Həsənova deyib.

 

O, həmçinin bildirib: “Həmin anda olan vəziyyət aradan qaldırıla bilinsə də xəstəlik 18 yaşadək hər il yaz mövsümündə müşahidə edilir. Elə bir il ola bilər ki, nisbətən yüngül, növbəti il daha ağır keçirə bilərlər. Odur ki, daha diqqətli olmaları tövsiyə olunur. Allergik konyunktivit özlüyündə qorxulu xəstəlik olmasa da uşaqlar gözlərini mexaniki olar ovurlar, nəticədə buynuz qişa patologiyalarının yaranma tezliyi çoxalır. Anamnezində allergiyası olan uşaqlarda həmin xəstəliklərə daha tez-tez rast gəlinir. İstəyirik ki, uşaqlar mexaniki olaraq gözlərini qaşımasın və zədələməsinlər. Ona görə də maksimal dərəcədə vəziyyəti dərmanlarla sakitləşdirməyə çalışırıq”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub