“Vərdiş” Narkotikə YOX de!" adlı filmin təqdimatı olub
30.04.2022 00:34

Aprelin 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetində  “Vərdiş” Narkotikə YOX de!" adlı qısametrajlı filmin təqdimatı keçirilib.

 

Aztibb.az xəbər verir ki, film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində ərsəyə gəlib.

 

Təqdimaq mərasimində layihənin koordinatoru Kənan Qubadzadə bildirib ki, layihənin əsas məqsədi qısametrajlı film vasitəsilə cəmiyyəti narkomaniya bəlasından qorunmaq yönündə maarifləndirməkdir. Ekran əsəri gəncləri narkotikdən və digər pis vərdişlərdən uzaq olmağa çağırır.

 

O, filmin mətbuatda və televiziyalarda yayımlanacağını, youtube və digər sosial şəbəkələrdə təbliğ olunacağını bildirib.

 

Daha sonra Milli Məclisin deputatları Vüqar İskəndərov, Jalə Əhmədova, Müşfiq Cəfərov, ekspertlər Bayram Aslanov, Ruhi Əliyeva, Anar Sarıyev çıxış edərək Azərbaycanda narkotiklə mübarizə istiqamətində görülən işlərdən, maarifləndirmə xarakterli olan filmlərin əhəmiyyətindən danışıblar.

 

Qeyd olunub ki, narkomaniya ümumbəşəri bir problemdir və ölkəmizdə müvafiq dövlət qurumları, hüquq mühafizə orqanları, o cümlədən vətəndaş cəmiyyəti institutları tərəfindən narkomaniyaya qarşı mübarizə həyata keçirilir. Narkomaniya ilə bağlı maarifləndirmə tədbirlərini daha səmərəli qurmaq üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant layihələri təqdim olunur.

 

Çıxışlardan sonra əsasən maarifləndirmə funksiyasını yerinə yetirən, narkomaniyanın doğurduğu faciələr barədə aydın təsəvvür yaradan “Vərdiş” Narkotikə YOX de!" filmi nümayiş olunub. 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib