"Hər bir gənc zamanını faydalı işlərə ayırmalı, zərərli vərdişlərdən uzaq durmalıdır" - Maarifləndirici tədbir
29.04.2022 16:08

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Astara Pedaqoji Kollecinin tələbələri ilə “Gəncliyimizi narkomaniyadan qoruyaq!” mövzusunda maarifləndirici görüş təşkil edilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Astara rayon Mərkəzi kitabxanasında keçirilən görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov narkomaniyanın səbəb olduğu ağır nəticələr barədə iştirakçılara ətraflı məlumat verib. Diqqətə çatdırıb ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə yanaşı, gələcəyimiz olan yeniyetmə və gənclərlə maarifləndirici görüşlərin keçirilməsi, onlara narkomaniya bəlası haqqında dolğun məlumatların verilməsi işi də mühüm əhəmiyyət kəsb edir.

 

Sonra çıxış edənlər ölkəmizin işıqlı sabahının məhz sağlam, savadlı gənclərlə mümkün olduğunu bildiriblər. Qeyd olunub ki, hər bir gənc zamanını təhsilə, idmana və cəmiyyət üçün faydalı ola biləcək işlərə ayırmalı, zərərli vərdişlərdən uzaq durmalıdır.

 

Sonda mövzularla bağlı videoçarxlar izlənilib və tədbir iştirakçılarının sualları cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub