Ürək sağlamlığını qoruyur, anemiya riskini azaldır - FINDIĞIN FAYDALARI
29.04.2022 09:42

Fındıq tərkibindəki bol miqdarda lif, protein, karbohidrat, antioksidantlar, B vitamini, dəmir və maqnezium kimi minerallar səbəbindən sağlığımız üçün bir xəzinədir. O, çiy halda yeyilərsə, qida dəyərindən daha çox faydalıdır. Qovurulma müddəti artdıqca qida dəyəri də azalır. Tərkibindəki yağlar yanır və insan hüceyrələrinə zərər verəcək sərbəst radikallara çevrilir. Qovurulmamış fındıqlar, qovurulmuş fındıqlara nisbətən 2 qat faydalıdır.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, E vitamini cəhətdən zəngin olan fındıq qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya riskini azaldır. Tərkibindəki B6 vitamini sinir sisteminin sağlam bir şəkildə öz funksiyasını yerinə yetirməsini təmin edir.

 

Fındıqdakı flavonoidlər insanın özünü daha gümrah hiss etməsinə kömək edir. Protein və yüksək yağ miqdarı səbəbindən toxluq hissini artırır, bu da normadan artıq yeməyin qarşısını alır. Lakin normadan artıq fındıq istehlak etmək çəki artıra bilər. 25 qram fındıq 150 kaloriyə bərabərdir. Bu meyvə şəkər xəstəliyindən əziyyət çəkənlərdə qlükoza dəyərini sabitləşdirir.

 

Ürək sağlamlığını qoruyan yağlarla zəngindir. Müntəzəm olaraq fındıq yeyilməsi xolestrolu 27 faiz aşağı salır.

 

Xərçəngli hüceyrələrin inkişafının qarşısını aldığı düşünülən fındıq, orqanizmdəki pis niyyətli hüceyrələri yox etməyə kömək edir. Fındıqda olan beta-sitosterol süd vəzi və prostat xərçəngi riskini azaldır.

 

Yüksək lif tərkibi səbəbindən bağırsaq sağlamlığına faydalıdır. Lif bağırsaqları aktiv hala gətirib, həzm sistemini asanlaşdırır. Eyni zamanda tərkibindəki maqnezium əzələləri gücləndirir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub