ÜST-nin Avropa üzrə regional direktoru Azərbaycanda vərəm və COVID-19-un müayinəsinin aparıldığı müəssisələrdə olub
29.04.2022 08:46

ÜST-nin Avropa üzrə regional direktoru Hans Henri P. Kluge Həbsxanalarda Vərəmin Profilaktikası və Nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzində olub.

 

O, həmçinin Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general Rəfail Mehdiyev, təlim mərkəzinin direktoru İradə Məmmədova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Xüsusi Müalicə Müəssisəsi və Baş Tibb İdarəsinin işçiləri və baş həkimləri ilə görüşüb.

 

Ədliyyə sistemində çalışan həkimlər üçün keçirilən təlimdə iştirak edən H.Kluge onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qonaq Əməkdaşlıq Mərkəzi ilə tanışlıqdan sonra Xüsusi Müalicə Müəssisəsinə, orada yerləşən vərəm və COVID-19 müayinəsinin aparıldığı referens laboratoriyaya baxış keçirib, müalicə aparılan müəssisələrdə vərəmli məhbuslarla söhbət edib.

 

Daha sonra general R.Mehdiyevlə birgə iş planı, əməkdaşlığın genişləndirilməsi və yol xəritəsinin hazırlanması ilə bağlı müzakirələr aparıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib