İki ölkənin aparıcı QHT-ləri arasında əməkdaşlıq memorandumu imzalanıb
28.04.2022 23:39

28 aprel 2022-ci il tarixində “Qan Donorları Assosiasiyası” İctimai Birliyi və Niderlandda gənclər, səhiyyə, eyni zamanda humanitar sahədə aparıcı təşkilat olan “Birlikdə Güclüyük" Fondu arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən Aztibb.az-a verilən məlumata görə, Niderland və Azərbaycanda fəaliyyət göstərən hər iki Qeyri Hökumət Təşkilatı (QHT) qan donorluğunun inkişafı istiqamətində birgə əməkdaşlıq edəcəklər.

 

Memoranduma əsasən yaxın gələcəkdə ölkə xaricində gənclərin sağlam həyat tərzinin formalaşması, qan donorluğunun inkişaf etdirilməsi, qan xəstəliklərindən əziyyət çəkən insanlara təmənnasız, könüllü dəstəyin göstərilməsi, eləcə də yerli və beynəlxalq düşərgələrin, əyləncə proqramları və elmi konfransların təşkili, o cümlədən bu sahədə effektiv nəticələrin əldə olunması üçün fəaliyyət planının hazırlanması nəzərdə tutulur.

 

Sənədi "Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov və “Birgə Yardım" Fondunun direktoru İlkanə Qoca imzalayıblar.

 

İmzalanma mərasimində iştirak edən qan xeyriyyəçisi, beynəlxalq təhsil üzrə ekspert Sərdar Yusif oğlu birgə əməkdaşlığın hər iki ölkənin gəncləri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.


Qeyd edək ki, Qan Donorları Assosiasiyası 15 ilə yaxındır respublikada qan donorluğunun inkişafı sahəsində fəaliyyət göstərir və gənclərin könüllü qanvermələrə cəlb olunması üçün məqsədyönlü layihələr həyata keçirir. Birliyin hədəfi gənclərin bu layihələrdə fəal sürətdə iştirakını təmin etməkdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır