İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi genişmiqyaslı maarifləndirmə kampaniyasına başlayıb
28.04.2022 17:22
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əhalinin icbari tibbi sığorta ilə bağlı məlumatlılıq səviyyəsini artırmaq məqsədi ilə genişmiqyaslı maarifləndirmə kampaniyasına başlayıb:
 
- Azərbaycanın müxtəlif mobil operatorlarına aid 4 860 000 mobil nömrəyə məlumatlandırıcı SMS göndərilib;
- Ölkədə fəaliyyət göstərən bütün 25 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində, eləcə də TƏBİB-in tabeliyindəki 16 tibb müəssisəsində quraşdırılan monitorlarda icbari tibbi sığorta ilə bağlı maarifləndirici videoçarxların nümayişinə başlanılıb;
- ASAN radioda yayımlanan “Bir sual, bir cavab” rubrikası vasitəsilə icbari tibbi sığorta ilə bağlı ən vacib məlumatlar təqdim olunur;
- Real TV-nin canlı efirində hər həftənin çərşənbə günü “Tibbi sığorta saatı” verilişi yayımlanır;
- Dövlət və qeyri-dövlət qurumlarının əməkdaşlarının icbari tibbi sığorta haqqında məlumatlandırılması məqsədilə seminarlar keçirilir.
 
Maarifləndirmə tədbirləri ilə bağlı ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz:
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır