Akademik Zərifə Əliyevanın əziz xatirəsi anılıb  
28.04.2022 11:32

Aprelin 28-də AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və bölmənin elmi müəssisə və təşkilatlarının direktorları görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə I Fəxri Xiyabanı ziyarət ediblər.  

 

Əvvəlcə bölmə üzvləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

 

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.

 

Bölmə üzvləri görkəmli alim, akademik Cəlal Əliyevin də xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər. 

 

Sonra akademik Zərifə Əliyevanın AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundakı xatirə guşəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətlərindən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıb. O, Fiziologiya İnstitutunda görmə analizatorunun fiziologiyası və disfunksiyaları ilə bağlı tədqiqatların məhz Biologiya və Tibb Elmləri Bölməzinin üzvü olmuş akademik Zərifə Əliyevanın rəhbərliyi ilə başladıldığına diqqət çəkib. Bildirib ki, oftalmoloq alim 1975-1985-ci illərdə AMEA-nın Fiziologiya İnstitutunda çalışmışdır. Vitse-prezident Zərifə xanım Əliyevanın təməlini qoyduğu elmi istiqamətlərin hazırda da müvəffəqiyyətlə davam etdirildiyini vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib