Tələbələrə narkotik vasitələrin yaratdığı sosial fəsadlar barədə geniş məlumat verilib
28.04.2022 09:40

Azərbaycan Texniki Universitetində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən “Narkotik vasitələr, zərərli vərdişlər və narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində yerli və əcnəbi tələbələrin iştirakı ilə tədbir keçirilib.

 

Aztibb.az xəbər verir ki, maarifləndirici tədbirdə çıxış edən layihə rəhbəri Vidadi Fətullayev gənc nəslin sağlamlığının qorunması sahəsində ölkəmizdə aparılan islahatlar, narkomaniyaya qarşı qanunvericilikdə edilən yeni dəyişikliklər, dövlət qurumlarının bu sahədə apardıqları mübarizə, narkotik və psixotrop maddələrin insan sağlığı, cəmiyyətimiz üçün fəsadlarından danışıb və gənclərimizi zərərli vərdişlərdən uzaq durmağa çağırıb.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun (NMDK) məsul işçisi Şahin İsmayılov “Narkomaniyaya qarşı 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı” çərçivəsində İşçi Qrup tərəfindən görülən işlərdən bəhs edib, slaydlarla narkotik və psixotrop maddələr, onların səbəb olduğu xəstəliklər barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verib. 802 və 102 qaynar xəttlərinin bu istiqamətdə əhəmiyyətindən danışan Ş.İsmayılov narkomaniya və zərərli vərdişlərə qarşı maarifləndirmə tədbirlərinə cəmiyyətimizin bütün üzvlərinin qatılmasının zəruriliyini qeyd edib.

 

Dövlət Miqrasiya Xidmətinin baş inspektorları Ruslan Ağayev və Rişad Zeynalov universitetin əcnəbi tələbələrinə miqrasiya qanunvericiliyində mövcud olan tələblər, xarici ölkə vətəndaşlarının Azərbaycan qanunları qarşısında üzərlərinə düşən öhdəliklər, həmçinin rast gələ biləcəkləri bəzi qanunsuz hallar barədə məlumat verib və bütün gənclərə sağlam həyat tərzi yaşamağı seçmələrini tövsiyə ediblər.

 

Narkotik asılılığın psixoloji tərəflərini izah edən Bakı şəhər Narkoloji Dispanserinin psixoloqu Günay Babayeva gənclərə “ağ ölüm”dən uzaq durmaq üçün lazım olan davranışlar, həmçinin narkotik vasitələrin, onlardan istifadə edənlərlə yanaşı, həm də cəmiyyətdə yaratdığı ağır sağlıq və sosial fəsadları barədə geniş məlumatı iştirakçıların diqqətinə çatdırıb.

 

Maarifləndirici bukletlər və çap materiallarının paylandığı tədbirdə çıxış edən iştirakçılar ölkəmizdə gənclərin sağlam həyat tərzi üçün yaradılan şəraitdən razılıqlarını ifadə edib, Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər Günündə zərərli vərdişlərə qarşı səsləndirdiyi fikirlərin gənclərimiz üçün bir şüar olduğunu bildiriblər.

ÇOX OXUNANLAR
 Rahim Hüseynov TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub
ÜST-nin Azərbaycandakı Ofisində yeni vakansiya!
 Qusarda qanvermə aksiyası:
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyət göstərən “ETKİ könüllüləri”nə sertifikatlar təqdim olunub
 Sumqayıtda İmmunizasiya Həftəsi çərçivəsində 1263 uşaq peyvənd olunub   
Qobustan RMX-da konfrans: “Nurlu ömrün salnaməsi”
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin 24 könüllüsü üçün ilkin tibbi yardım mövzusunda təlim keçirilib
 Görkəmli alim Ağabəy Sultanovun 90 illiyi qeyd olunub   
 Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Bioetika Komissiyasının növbəti iclası keçirilib    
Qoşqar Təhməzli: Azərbaycan müasir urbanizasiya çağırışlarına çevik reaksiya verir
 Cəlilabadda xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilib   
 Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu əməliyyat   
 AQTA-da konfrans: “Təhlükəsiz qidanın memarlığı”
 Həssas əhali qrupu üçün səyyar tibbi aksiya təşkil olunub