BMT yoluxucu xəstəliklərin yayılma riski barədə xəbərdarlıq edib  
28.04.2022 09:08

Koronavirus pandemiyası ilə əlaqədar zəifləmiş sanitar tədbirlər, adi peyvəndlərin kəsilməsi, Ukrayna və Əfqanıstandakı münaqişələr səbəbindən milyonlarla insanın məcburi köçkün olması bütün dünyada əsas yoluxucu xəstəliklərin yayılma riskini artırıb.

 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib.

 

ÜST və UNICEF bu ilin yanvar və fevral aylarında dünyada qızılca xəstəliyinə yoluxma hallarının ötən ilin müvafiq dövrü ilə müqayisədə 79% artması ilə bağlı narahatlığını bildirib. 2022-ci ilin ilk iki ayında bütün dünyada 17 338 qızılca hadisəsi qeydə alınıb ki, bu da ötən ilin yanvar-fevral aylarında 9 665 nəfərlə müqayisədə xeyli çoxdur.

 

ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus qeyd edib ki, koronavirus pandemiyası immunlaşdırma xidmətlərinin pozulmasına və qızılca da daxil olmaqla ölümcül xəstəliklərin artmasına səbəb olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib