MEK akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş virtual sərgini təqdim edir
27.04.2022 15:43

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 99 illiyinə həsr olunmuş “Qaranlığa nur saçan zəka” adlı virtual sərgi hazırlayıb.

 

Sərgidə MEK-in fondlarından Zərifə xanım Əliyevanın müəllifi olduğu “Elmi əsərlər məcmuəsi”, “Görmə orqanının patologiyası”, “Görmə orqanının vərəmi”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya” və “Şin istehsalında gözün peşə patologiyası” elmi əsərləri, Zərifə Əliyeva və Afət Mollayevanın “Pedaqogika” (2005), “Zərifə Əliyeva. Biblioqrafiya” (2013), Mirkazım Seyidovun “Qaranlığa nur saçan zəka. Мудрость освещающая тьму. The intellect lightening darkness” (2010) kitabları, “Azərbaycan dünyası” beynəlxalq jurnalın “Qayğıkeş insan, mehriban ana Zərifə Əliyeva” adlı növbəti nömrəsi, R.Bahar Sonamın sənədli materiallar əsasında yazdığı avtobioqrafik “Yanar qəlb...” əsəri, elmi redaktoru Mustafa Topçubaşov olan “Akademik Zərifə xanım Əliyeva. Yüksək əqidə” (2003) kitabı, “Zərifə Əliyeva. Azərbaycanın elm və mədəniyyət xadimləri” biblioqrafiyası (1957-2002-ci illər), “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş oftalmologiyanın aktual problemləri” beynəlxalq elmi konfransın materialları (2013) və digər nəşrlər nümayiş olunur.

 

Kitablarda Zərifə Əziz qızı Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti, müxtəlif illərdə çap olunmuş monoqrafiyaları, dövri mətbuatda işıq üzü görən məqalələri yer alıb. Sərgilənən nəşrlərdə Azərbaycan tibb elminə parlaq iz qoymuş alimin həyatının əsas tarixləri əksini tapıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib