Diş ağrılarını azaltmaq üçün TƏBİİ ÜSULLAR
27.04.2022 10:20

Diş ağrısı səbəbinin aşkarlanması və müalicəsi yalnız mütəxəssis tərəfindən müəyyən oluna bilər, lakin diş həkiminə gedincəyə qədər ağrını yüngülləşdirmək üçün bəzi təbii yollar var.

 

Diş fırçalamaq dişdəki çürüklərdə sıxışıb qalan və ağrıya səbəb olan qalıqları aradan qaldırmağa kömək edir. Bu səbəbdən dişlərin diş sapı ilə təmizlənməsi və fırçalanması ağrını azaldır.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, sirkəli və duzlu su ilə qarqara diş ağrılarını qismən sakitləşdirir, dişi bakteriyalardan təmizləyir və damaqda yaranan şişi azaldır. Eyni zamanda diş əti və diş çürüklərində dezinfeksiya təsiri yaradır.

 

Uzun illər infeksiyanı müalicə etmək üçün mixək yağı və ya quru mixəkdən istifadə edilib. Diş ağrılarına qarşı xeyirli olan mixək yağı, keyidici və antiseptik xüsusiyyətlərə malikdir. Mixəyin tərkibində “eugenol” adlanan güclü maddə var. Bakteriyaları öldürən bu maddə diş pastalarının da tərkibində istifadə olunur. Quru mixək ağrıyan bölgəyə yerləşdirilib gözlənilərsə ağrı hissini azaldar. Bundan əlavə, antibakterial xüsusiyyətlərinə görə çürümüş dişin ətrafındakı zərərli bakteriyalara da təsir göstərir.

 

Ağrıyan diş bölgəsinə soyuq buz kompresi tətbiq etmək və ya soyuq su ilə yumaq ağrıları müvəqqəti yüngülləşdirə bilər. Diş ağrısı gecə yaranarsa, yatarkən hündür yastıqdan istifadə etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev