Dünyada ilk dəfə insanın H3N8 quş qripinə yoluxma halı qeydə alınıb
27.04.2022 07:46

Çində dünyada ilk dəfə olaraq insanın H3N8 quş qripinə yoluxması halı qeydə alınıb.

 

Aztibb.az bu barədə www.bfm.ru-ya istinadən xəbər verir.

 

Bildirilib ki, infeksiya mərkəzi Henan əyalətinin Jumadyan şəhərinin dörd yaşlı sakinində təsdiqlənib.

 

İnfeksiya aprelin 5-də ev quşları ilə təmas nəticəsində uşağa keçib. Nəticədə uşağın vəziyyəti pisləşdiyi üçün aprelin 10-da xəstəxanaya yerləşdirilib. Xəstəliyə yoluxanların bütün qohumlarının sağlam olduğu bildirilir.

 

Komissiyanın ilkin qiymətləndirməsinə əsasən, H3N8 ştammı hələ ki, insanları effektiv şəkildə yoluxdurmaq qabiliyyətinə malik deyil, ona görə də genişmiqyaslı epidemiya riski aşağı olaraq qalır.

 

H3N8 qripi quşlarda, itlərdə və atlarda olur. İndiyədək virusun bu ştamının insanlara ötürülməsi faktı rəsmi olaraq qeydə alınmayıb. Eyni zamanda, agentlik qeyd edir ki, H3N8 1889-1890-cı illərdə təxminən 1 milyon insanın ölümünə gətirib çıxaran qrip pandemiyasının səbəbi ola bilər.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib