ÜST-nin Avropa üzrə regional direktoru səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - FOTO
26.04.2022 14:29

Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.

 

Nazirlikdən verilən məlumata görə, daha sonra Hans Henri Kluge səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Tədbirdə ölkəmizin digər səhiyyə qurumlarının rəhbərləri də iştirak edib.

 

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə, regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib. Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də Ümumdünya Səhiyyə Təşkilatı olub”.

 

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər, habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli sürdüyü təşəbbüsləri qeyd edib: “Azərbaycanın pandemiya ilə mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş direktoru Tedros Qebreyesus tərəfindən də yüksək qiymətləndirilib”.

 

Öz çıxışında Teymur Musayev həmçinin milli səhiyyənin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan işlərdə Ümumdünya Səhiyyə Təşkilatının ölkə nümayəndəliyinin fəallığını xüsusi qeyd edib.

 

Səmimi qəbula görə təşəkkürünü bildirən Hans Henri Kluge qlobal səhiyyə hədəflərinə nail olmaq üçün ilkin səhiyyə xidmətlərinin prioritet təşkil etməsinin əhəmiyyətini vurğulayıb. Koronavirus infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə edib.

 

Ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirən Hans Henri Kluge təmsil etdiyi qurumun Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə hazır olduqlarını qeyd edib.

 

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycan Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında potensial əməkdaşlıq sahələri üzrə geniş müzakirələr aparıblar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır