"Hər hansı xəstəliyin qarşısını almaq xəstə insanı müalicə etməkdən yaxşıdır" - Həkim məsləhəti
26.04.2022 10:15
İmmunlaşdırma hər il dünyada milyonlarla insanın həyatını xilas edir və indiyə qədər səhiyyə sahəsində ən keyfiyyətli və effektiv təsir tədbirlərindən biri kimi qalmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “Ümumdünya İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili ənənə halını alıb. Belə ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun İmmunlaşdırma həftəsi təşəbbüsünə 2007-ci ildə qoşulmuşdur.
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin rəisi, həkim kardioloq Tamilla Əliyeva 24-30 aprel Ümumdünya İmmunlaşdırma həftəsi çərçivəsində “Həkim məsləhəti” rubrikasında “Xəstəliklərin qarşısının alınmasında immunlaşmanın əhəmiyyəti” mövzusunda məlumat verərkən belə deyib.
O, bildirib ki, immunlaşma müxtəlif xəstəliklərlə mübarizədə, onların aradan qaldırılmasında böyük rolu olan önəmli vasitədir. İmmunitetin gücləndirilməsi yolu ilə xəstəliklərdən müdafiə edən vaksinlər bütün dünyada geniş işlədilir. Hər hansı xəstəliyin qarşısını almaq xəstə insanı müalicə etməkdən yaxşıdır. Vaksinlər sağlamlıq üçün insan orqanizminə ən faydalı müdaxilələrdən biridir, hər kəs üçün əlçatandır. Vaksinlərin köməyilə xəstəliyə tutulmuş insanların ağrılarının, əziyyətinin, əlilliyin, ölüm hallarının qarşısını almaq mümkündür.
Vaksinlərin köməyi ilə infeksiyaların ötürülməsini məhdudlaşdırmaq, yoluxmaları minimuma endirmək, bununla da səhiyyə sisteminə düşən yükü azaltmaq olar. Bunun ən gözəl sübutu COVİD-19 pandemiyası dövründə bütün dünya, o cümlədən Azərbaycan səhiyyə sisteminin əldə etdiyi nailiyyətlər – vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsi oldu.
İmmunlaşdırma həftəsinin məqsədi yeni vaksinlərin tətbiq edilməsi, planlı immunlaşdırma əhatəsinin genişləndirilməsi ücün əhalinin məlumatlandırılma səviyyəsinin yüksəlməsidir. Ümumdünya İmmunlaşdırma həftəsi – uşaqdan tutmuş böyüyə qədər hər kəsi immunlaşdırma ilə əhatə etməyə bir çağırışdır.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

