Nəsimi rayonunda qanvermə aksiyası keçirilib
25.04.2022 16:34

Hər il ölkəmizdə aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd edilir.

 

Aztibb.az xəbər verir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik insandır. O, yaddaşlarda xeyirxah və humanist əməlləri və unudulmaz xatirələri ilə qalıb.

 

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü qanvermə aksiyası təşkil edib. Aksiya YAP Nəsimi rayon təşkilatının qərargahında keçirilib.

 

Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqillik əldə etməsindən sonra xalqımızın öz milli dəyərlərinə qovuşduğunu diqqətə çatdıraraq, insanlarımızın könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak etdiklərini vurğulayıb.

 

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da nəcib missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına təşəkkürünü ifadə edib.

 

Qanvermə aksiyasında 300 nəfərdən çox partiya fəalı iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib