Ümumdünya DNT Günü ilə bağlı tədbir keçirilib
25.04.2022 15:57

Bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda Ümumdünya DNT Günü ilə bağlı tədbir keçirilib.

 

Əvvəlcə müəssisənin direktoru, t.e.d., professor Cəmilə Qurbanova çıxış edərək Ümumdünya DNT Gününün əhəmiyyətindən danışıb.

 

Sonra Tibbi genetik laboratoriya şöbəsinin müdiri Kamilə Dadaşovanın “DNT haqqında məlumat” adlı təqdimatla çıxış edərək Dezoksiribonuklein turşusu (DNT), onun tədqiqat sahəsində ən son nailiyyətlər və əldə olunan nəticələr barəsində tədbir iştirakçılarına ətraflı məlumat verib.

 

Məruzəçi ETMGİ-də yenidoğulmuşların maddələr mübadiləsi xəstəliklərinə dair skrininq üzrə dövlət proqramının icrası çərçivəsində DNT diaqnostikanın aparılmasının planlaşdırılmasından, bunun isə gələcəkdə irsi xəstəliklərin yayılmasının azalması və sağlam nəsilin doğulması üçün önəmindən danışıb.

 

Təqdimatdan sonra şöbənin genetikləri tərəfindən laboratoriyada aparılan elmi-tədqiqat işləri nümayiş olunub.

 

Yenidoğulmuşlar arasında əsas beş genetik xəstəliyə görə (fenilketonuriya, galaktozemiya, adrenogenital sindrom, mukovissedoz, anadangəlmə hipoterioz) aparılan skrininq müayinələri barəsində ətraflı məlumat verən genetiklər hamilə qadınların skrininqi nəticəsində aşkara çıxarılması mümkün xəstəliklər olan Daun, Edvard spotal sindromları, Terner sindromu, spinabefida, anensefaliya barəsində də geniş izahat veriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib