"Mayo Clinic" təşkilatı: Salmonella infeksiyasına məruz qalan insanların əksəriyyətində heç bir əlamət müşahidə olunmur
25.04.2022 11:40

Salmonella infeksiyası adətən bağırsaqlarda olur. Bağırsaq çöpləri ilə eyni bakteriya ailəsindən olan salmonella infeksiyasına yoluxan insanlar ishal, qızdırma, qarın ağrısı və qusma kimi simptomlarla qarşılaşa bilər. Salmonella bakteriyası çiy və ya az bişmiş ət, yumurta, yuyulmamış meyvələr və tərəvəzlər, qaynadılmamış süd və s. qidalarda rast gəlinir.

 

Aztibb.az xəbər verir ki, ABŞ-da yerləşən qeyri-kommersiya sağlamlıq təşkilatı olan “Mayo Clinic”in məlumatına görə, salmonella infeksiyasına məruz qalan insanların əksəriyyətində xəstəliyə aid heç bir əlamət müşahidə olunmur. Yoluxma simptomları qeydə olunanlarda isə virus 8-72 saat arasında xüsusi müalicəyə ehtiyac olmadan yox olur. Ancaq az sayda insanda salmonella infeksiyasının səbəb olduğu ishal bədəndə həddindən artıq su itkisinə səbəb ola bilir, buna görə belə insanların medikamentoz müalicə olunması mütləqdir. İnfeksiyanın bağırsaqlardan bədənə yayılması həyat üçün təhlükə yarada bilər.

 

Avropada virusun son dövrlərdə geniş yayılmasının səbəbi "Ferrero" şirkətinə məxsus Belçikadakı Kinder's fabrikində istehsal olunan bir sıra məhsullarda salmonella typhimurium bakteriyasının tapılması olub. Bu, çoxlu sayda uşaq qanlı ishal kimi ciddi simptomlarla xəstəxanaya yerləşdirildikdən sonra müəyyən edilib.

 

“Mayo Clinic”dən verilən məlumata görə, salmonellanın müalicəsində ishal səbəbi ilə itirilən su miqdarını doldurmaq üçün bol maye qəbul etmək vacibdir. Bundan əlavə, bəzi hallarda ishal dərmanları və antibiotik müalicəsi də tətbiq edilə bilər. Mütəxəssislər, salmonella infeksiyasına yoluxduqlarından şübhələnən və simptomları olan insanların həkimə müraciət etmələrini tövsiyə edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub