Quru göz sindromunun əsas ƏLAMƏTLƏRİ
25.04.2022 09:58

Göz quruluğunun səbəbi gözyaşı miqdarının və keyfiyyətinin aşağı olmasıdır. Gözlərdə batma hissi ilə özünü göstərən bu xəstəlik, kornea səthində problem olması və gözqapağı funksiyalarının pis işləməsi nəticəsində yaranır. Quru göz sindromu gözyaşının gözqırpma ilə parçalana bilməməsi və keyfiyyətinin aşağı olması nəticəsində yaranır. Göz yaşlarının gözqoruma funksiyasının yox olması ilə gözlər infeksiyaya daha həssas olur. Bu səbəblə göz yaşını qorumaq və gözü nəmli tutmaq vacibdir.

 

40 yaşından yuxarı qadınlarda və havanın çirkli olduğu şəhərlərdə daha çox görülən quru göz xəstəliyi hər kəsdə eyni əlamətləri ilə özünü göstərmir. Səhərlər gözlərdə yaranan qaşıntı, yanma, gözdə batma hissi ən çox baş verən simptomlardır. Müalicə edilmədiyi zaman göz sağlamlığına zərər verir.

 

Aztibb.az tibbi saytlara istinadla bildirir ki, antidepresantların istifadəsi, yuxu dərmanları və ya spirtli içkilər quru göz xəstəliyinin yaranma səbəblərindəndir. Kondisioner, güclü külək və ya siqaret tüstüsü də gözlərin qurumasına səbəb ola bilər. Normadan artıq kompüterdən istifadə də gözqırpma refleksinin azalmasına səbəb olur. Eyni zamanda göz qapaqlarında və kirpiklərdə yaranan xəstəliklər, göz yaşının azalması quru göz xəstəliyini sürətləndirir. Quru göz xəstəliyinin müalicəsində əvvəlcə xəstəliyə səbəb olan amillər dəqiq müəyyən edilməli, göz yaşının miqdarı ölçülməlidir. Əgər quru göz probleminiz varsa mütəxəssisə müraciət etməniz vacibdir.

 

Sağlam gözlərinizi qorumaq üçün bol su içmək, düzgün yuxu rejiminə riayət etmək və keyfiyyətli günəş eynəyindən istifadə etməniz tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub