Sağlamlığa faydalı şəkildə protein qəbul etmək üçün - 6 GÖSTƏRİŞ
25.04.2022 09:19
Proteinin faydalarından biri onun termogenik olması səbəbindən maddələr mübadiləsinə kömək etməsidir. Bu, o deməkdir ki, zülal (protein) həzm olunduğunda, həm də kalori yandırırsınız.
Gün ərzində nə qədər proteinə ehtiyacımız var? Ən faydalı protein mənbəyi hansı məhsullardır?
Aztibb.az xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu sualların cavabını sosial şəbəkədə paylaşıb. Həkim pəhriz saxlayan şəxslərin diqqətinə proteinin faydaları barədə məlumatları çatdırıb.
1.Zülal pəhrizin əsasıdır.
Zülal əsas və qeyri-əsas amin turşularından ibarətdir. Niyə pəhriz zamanı zülala ehtiyacımız var? Çünki, protein insanın pəhriz ehtiyaclarını təmin edən 9 əsas amin turşusunu özündə cəmləşdirir.
2. Gün ərzində orta hesabla 46-56 qram protein qəbul edin.
Zülal ümumi sağlamlığınızdan və fəaliyyət səviyyənizdən asılı olaraq gündəlik kalori normasının təxminən 10-35%-ni təşkil etməlidir. Bu da, orta hesabla 68 kq ağırlığında bir qadının hər gün 54-68 qram protein qəbul etməli olduğunu göstərir. Gün ərzində protein qəbulunu paylaşdırmaq, yəni hər yemək qəbulunda müəyyən porsiyada zülal qəbul etmək daha məqsədəuyğundur. Çünki vücudumuz zülal qəbulunda ardıcıllığı sevir.
3. Balanslaşdırılmış qidalanmaya diqqət edin.
Əvvəllər hər yeməyin tam və natamam protein mənbələri arasında balanslaşdırılmalı olduğunu deyirdik, lakin artıq buna ehtiyac yoxdur. Son tədqiqatlara görə, insan orqanizmi gün ərzində balanslı qidalanma qəbul etməlidir.
4. Heyvan mənşəli zülal daha tez həzm olunur.
Bu, o deməkdir ki, heyvan məhsullarından aldığınız zülallar orqanizm tərəfindən daha asan həzm olunur. Məsələn, yumurtalardan alınan 20 qram protein bitkidən alınan eyni miqdarda proteindən daha təsirlidir və orqanizm tərəfindən daha yaxşı mənimsənilir. Lakin bu, o demək deyil ki, bitki mənşəli protein məhsullarına "yox" deyək, xeyr. Sadəcə, o deməkdir ki, heyvan mənşəli protein qəbul edirsinizsə, vücudunuz onu daha asanlıqla mənimsəyir və həzm edir.
5. Başqa protein mənbələri.
Digər protein mənbələrinə paxlalılar (quru lobya və noxud), quinoa, qoz-fındıq, toxum və tofu, tempe kimi soya məhsulları daxildir.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

