Azərbaycanda İmmunlaşdırma Həftəsi keçirilir
24.04.2022 11:56
Səhiyyə naziri Teymur Musayev tərəfindən Azərbaycanda 24 aprel–30 aprel 2022-ci il tarixdə İmmunlaşdırma Həftəsinin keçirilməsi barədə Əmr imzalanıb.
 
Aztibb.az xəbər verir ki, hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların İmmunlaşdırma Həftəsi ərzində peyvəndlərə cəlb edilməsi, COVID-19 infeksiyasına görə epidemioloji vəziyyəti nəzərə alaraq uşaqların kütləvi axınının qarşısının alınması məqsədilə onların peyvəndlərə növbəli dəvət olunması, əhalinin bu barədə maarifləndirilməsinin təminatı kimi mühüm məsələlər də sənəddə öz əksini tapıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə keçirilən İmmunlaşdırma Həftəsinin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədi daşıyır.
 
ÜST-nin təşəbbüsü ilə hər il aprelin ikinci yarısında keçirilən Ümumdünya İmmunlaşdırma Həftəsi uşaqları difteriya, tetanus və göyöskürək kimi xəstəliklərdən qorumaq məqsədilə aparılır.
 
Dünyanın əksər ölkələrində qeyd olunan bu həftə ərzində bir daha ictimaiyyətin nəzərinə çatdırılır ki, immunlaşdırma bəşəriyyəti yoluxucu xəstəliklərdən qorumağa imkan verən əsas profilaktik tədbirlərdən biridir. ÜST ailələri həmin xəstəliklərin fəsadlarından qorunmaq üçün uşaqları mütləq peyvənd etməyi məsləhət görür.
 
Qeyd edək ki, hazırda respublikamızda uşaqlar arasında profilaktik peyvəndlər nazirlik tərəfindən təsdiq olunmuş Milli Peyvənd Təqviminə əsasən həyata keçirilir. Yaşadığı ərazi üzrə poliklinikalarda 2 aylığından 6 yaşa qədər uşaqlar sahə həkimi tərəfindən müayinədən keçərək, onların təqvimə uyğun profilaktik peyvəndlənmələri aparılır.
 
Azərbaycanda qəbul olunmuş peyvənd təqviminə uyğun olaraq, uşaqlar üçün 11 yoluxucu xəstəliyə qarşı planlaşdırılmış peyvənd tədbirləri həyata keçirilir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır