Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Vilson xəstəliyi barədə təqdimatla çıxış edib
23.04.2022 12:58
22 aprel 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Aynur Paşayeva “Vilson xəstəliyi” mövzusunda təqdimatla çıxış edib.
 
Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev və Hospitalda təhsil alan rezident-həkimlər iştirak ediblər.
 
Vilson xəstəliyi barədə ətraflı məlumat Mərkəzi Gömrük Hospitalının həkim-rezidenti Aynur Paşayeva bu xəstəliyin əsasən orqanizmdə mis mübadiləsinin pozulması, ATP7B gen mutasiyası, autosom resessiv ötürülməsi ilə müşahidə olunduğunu və daha çox uşaq və gənc yaşlarda təzahür etdiyini vurğulayıb. O, qeyd edib ki, orqanizmin misə olan günlük ehtiyacı 1-2 mg olub, artıq hissəsi qaraciyərdən öd yolları vasitəsilə atılır.
 
Bu xəstəlik orqanizmdəki artıq misin ödlə atılmasının azalması, misin seruloplazminə birləşdirilməsini pozulması, misin qaraciyərdə toplanması və hepatositlərin zədələnməsi, nəticədə zədələnmiş hepatositlərdən qana keçən misin digər orqanlarda toplanması və funksional pozulmaları ilə müşayiət olunur.
 
Həkim-rezident Aynur Paşayeva bildirib ki, Vilson xəstəliyi hər yaşda təzahür edə bilər, əsasən 5-35 yaş arası müşahidə olunur və ən çox hepatik və neyropsixiatrik simptomlarla özünü büruzə verir. 10 yaşdan kiçik xəstələrin 83%-i hepatik, 18 yaşdan böyük xəstələrin isə 74%-i nevroloji simtoplarla həkimə müraciət edirlər.
 
Mərkəzi Gömrük Hospitalının rəis müavini Dr.Rəna Qasımova rezident həkim Dr.Aynur Paşayevaya maraqlı təqdimata görə təşəkkür edib və ona öz tövsiyələrini verib. Həmçinin, Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin ümumi cərrahı, transplantoloq, həkim-rezident Aynur Paşayevanın kuratoru Dr.Kamran Beydullayev Vilson xəstəliyi, onun diaqnostikası, cərrahi müdaxilə barədə ətraflı məlumat verərək, həkim-rezidentə gələcək işlərində uğurlar arzulayıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır