Hamiləlik dövrünü əyləncəli keçirmək üçün nələr etmək lazımdır? - Ginekoloq açıqladı
23.04.2022 12:51
Hamiləlik müddəti bir qadın üçün ən diqqət tələb edən dövrlərdən biridir. Səbirsizliklə körpəni qucağa alacağı günü gözləyirlər. Bu dövrü daha da əyləncəli keçirmək üçün nə etmək olar? Əvvəlki əyləncə vərdişlərinizdən nələri dəyişdirmək lazımdır? Hamiləlikdə eyni zamanda əylənərək özünüzə və körpəyə lazım olan qayğını necə göstərmək olar?
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında hamiləlikdə əhval ruhiyənin yüksəldilməsinə dair məsləhətləri ilə bölüşüb:
- Hamiləlik dövrü əslində əyləncəli bir zaman kəsiyidir, mümkünsə, bu günləri hiss edərək yaşamağa çalışın. Gündəlik yazmağa münasibətiniz necədir? Hamiləlik zamanı hər həftə bir foto çəkdirməyi tövsiyə edərdim. Gələcəkdə doğulacaq körpənizlə gündəlikdəki yazıları oxumaq, hamilə ikən çəkdirdiyiniz şəkillərə baxmaq sonradan çox zövqverici olur.
- Özünüzü əzizləyin. Hamiləlik yoqası ilə məşğul olun, masaj və dəri qulluğu etdirin. Çəkinizə diqqət etmək şərtilə sevdiyiniz qidaları qəbul edin.
- Özünüz və gələcək körpəniz üçün alış verişə çıxın.
- Həyat yoldaşınız və ya yaxınınız ilə bərabər əlverişli hava şəraitində 30-40 dəqiqəlik gəzintiyə çıxa bilərsiniz.
- Əgər ev xanımısınızsa, hobbi kurslarına (yemək, aşçılıq, rəsm, toxuma və s.) yazılın.
- Həkiminiz uyğun görərsə, qısa müddətli səyahətə çıxa bilərsiniz. Yaddan çıxarmayın ki, uşaq doğulduqdan sonra yoldaşınıza qarşı diqqətiniz azalacaq, bu günlərinizi dəyərləndirin.
- Artıq çəkili görünmə kompleksi olmadan dənizə, hovuza gedin, üzün.
- Əgər həkiminiz yataq istirahəti uyğun görübsə, bu vəziyyətdən istifadə edin. Kitab oxuyun, film izləyin. Qoyun, bir az da sizə qulluq etsinlər.
- Daha əvvəl doğuşu olan, ya da hamilə olan rəfiqələrinizlə tez tez görüşün, duyğu və təcrübələrindən faydalanaraq söhbətlər edin.
- Qonaqlıqlarda spirtli içkidən istifadə etməyin, siqaretsiz və sakit məkanlara üstünlük verin, ağır, yağlı və gecə vaxtı qida qəbulundan imtina edin.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

