Mərkəzi Gömrük Hospitalının rezidenti "Kron xəstəliyi" mövzusunda təqdimat edib
22.04.2022 17:02
22 aprel 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalının 3-cü kurs rezident-həkimi Leyla Əhmədova “Kron xəstəliyi” mövzusunda təqdimatla çıxış edib.
 
Aztibb.az xəbər verir ki, tədbirdə Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova, Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev və Hospitalda təhsil alan rezident-həkimlər iştirak ediblər.
 
Təqdimatında bağırsağın xroniki iltihabı xəstəlikləri haqqında ümumi məlumat verən rezident-həkim Leyla Əhmədova qeyd edib ki, bu qrup xəstəliklər bağırsaq traktının hissəvi zədələnməsi, kliniki, epidemioloji və patoloji əlamətlərlə müşahidə olunur, amma etiologiyası məlum deyil. Bağırsağın xroniki iltihabı xəstəliklərinin yayılması inkişaf etmiş ölkələrdə, o cümlədən sənayesi sürətlə inkişaf edən ölkələrdə daha sürətlə yayılır. Bu xəstəliyin yayılması insanların qida rasionu və ətraf mühitin dəyişməsi ilə əlaqədardır.
 
Həmçinin, rezident-həkim Leyla Əhmədova kuratoru Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzovun Kron xəstəliyi olan pasiyentlərin müalicə prosesi barədə məlumat verib.
 
Təqdimatın sonunda Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev Kron xəstəliyinin ağır gedişatından danışaraq, qeyd edib ki, bağırsaqlarda iltihabi xəstəliklərin aşkar olunması və düzgün, dəqiq diaqnozun qoyulması üçün biopsiya çox əhəmiyyətlidir. O, bildirib ki, həkimlər kron xəstəliyinin müalicəsində cərrahi əməliyyatlarla yanaşı, müasir müalicə üsullarına da çox önəm verirlər.
 
Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova təqdimatın keçirilməsinə görə Hospitalın rəhbərliyinə təşəkkürünü bildirib və rezidentlərə mövzuların təqdimatları ilə bağlı tövsiyələrini verərək, gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalında təhsil alan rezident-həkimlərin hər biri kuratorlarının dəstəyi ilə təhsil aldığı sahələr üzrə müxtəlif mövzularda davamlı olaraq təqdimatlarla çıxış edirlər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır