Agentlik Sistem inzibatçılığı şöbəsinə vakant yer elan edir
26.04.2022 22:15

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnfrastruktur departamentinin Sistem inzibatçılığı şöbəsinə Şəbəkə üzrə administrator istiqaməti üzrə vakansiya elan edir.

Aztibb.az vəzifə üçün tələbləri təqdim edir: 

 

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;

  • Karyera irəliləyişlərində yaradılan şərait;

  • Rəqabətədavamlı əmək haqqı.

 

Uyğun namizəd:

  • Ali təhsilli (texniki sahə üzrə təhsil arzuolunandır);

  • İddia olunan istiqamət üzrə minimum 2 il iş təcrübəsi:

  • NGFW-lar üzrə biliklər və iş təcrübəsi (PaloAlto);

  • Cisco IOS, NX-OS, IOS-XE üzrə biliklər və iş təcrübəsi;

  • HPE, Aruba, Huawei network avadanlıqları iş təcrübəsi;

  • Wireless şəbəkə üzrə biliklərin olması;

  • Unify controller və access pointlər ilə iş təcrübəsi;

  • VoIP üzrə biliklər, Grandstream UCM, Yeastar PBX ilə iş təcrübəsi;

  • Zabbix, PRTG monitorinq sistemləri ilə iş təcrübəsi;

  • Routing və Switching protokolları barəsində məlumatlı olması:

  • Cisco SD-WAN texnologiyası üzrə biliklər və iş təcrübəsi (arzu olunandır);

  • Linux əməliyyat sistemi ilə işləmə bacarığı (arzu olunandır);

  • İngilis dilində materialları oxuyub, başa düşmək;

  • Özünü inkişaf etdirməyə və yeni texnologiyaları araşdırmağa həvəsli olması.

 

Görəcəyiniz işlər:

  • Şəbəkə infrastrukturunun dəstəklənməsində iştirak etmək;

  • Agentliyin İT infrastrukturunda yaranan problemlərə dərhal reaksiya verməklə xidmət pozuntularını aradan qaldırmaq üçün müvafiq tədbirlər görmək;

  • Agentliyin informasiya texnologiyaları infrastrukturunda baş vermiş nasazlıqları vaxtında müəyyən etmək və yerində həll olunmasını təmin etmək;

  • Agentliyin inzibati binalarında və tabeliyində olan Dövlət Səhiyyə sisteminə daxil olan Tibb müəssisələrinin lokal şəbəkənin qurulması, nəzarəti və texniki infrastrukturunu yaratmaq;

  • Data Mərkəzlərin, Agentliyin və  tabeliyində verilən Dövlət Səhiyyə sisteminə daxil olan Tibb müəssisələrinin arasında Site-to-Site VPN şəbəkəni yaratmaq;

  • Şəbəkə ilə bağlı yeni həllərin və informasiya texnologiyaları üzrə məhsulların test edilməsi və rəhbərliyə təqdim etmək;

  • Şəbəkə üçün istifadəçi və şəbəkə təhlükəsizliyi təlimatlarının yaradılması, şəbəkə fəaliyyəti ilə bağlı müraciətlərə cavab vermək və istifadəçilərin şəbəkədə fəaliyyətinə nəzarət etmək;

  • İstifadəçilərdə və infrastrukturda yaranan şəbəkə problemlərini müəyyən etmək, araşdırmaq və aidiyəti üzrə həll etmək;

  • İnfrastrukturun dayanıqlılığını təmin etmək;

  • IP telefoniya xidmətinin qurulması və monitorinqini həyata keçirmək;

  • L2/L3 topologiyaların planlanması və hazırlanmasını həyata keçirmək;

  • Fəaliyyəti üzrə ezamiyyə səfərlərini həyata keçirmək.

 

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;

  • İş vaxtı: 09:00 – 18:00.

 

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 22.05.2022-ci il;

  • CV-lər cv@its.gov.az ünvanına göndərilməlidir;

  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;

  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş olunur ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
  TƏBİB: Ağdərədə minaya düşən şəxs ambulator müalicə üçün evə buraxılıb 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
 TƏBİB və Koreya Təbabətinin İnkişafı üzrə Milli İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub   
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Minsk Cərrahiyyə, Transplantasiya və Hematologiya Mərkəzinin nümayəndə heyəti Bakı Sağlamlıq Mərkəzində olub
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib