Türkiyədə müalicəsini tamamlayan qazi Vətənə dönüb
22.04.2022 11:48

“YAŞAT” Fondu tərəfindən Türkiyə Respublikasında ikinci müalicəsini bitirərək yenidən Vətənə dönən qazi Rüstəmli İlkin Elçin oğlu Füzulidə təmtəraqla qarşılanıb. Füzuli rayon Aşağı Yağlıvənd kənd sakini olan qazi İlkinin qarşılanma mərasimində şəhid ailələri, qazilər, Füzuli Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ictimaiyyəti, kənd orta məktəbin kollektivi, kənd sakinləri iştirak ediblər.

 

Kənd orta məktəbdə keçirilən tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrinə, qazilərə göstərdiyi diqqət və qayğıdan danışıblar. Qazi İlkin Rüstəmli də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə xüsusi minnətdarlığını bildirərək, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, əsgər və zabitlərimizə isə cansağlığı arzulayıb.

 

Qeyd edək ki, Vətən müharibəsi qazisi olan Rüstəmli İlkin Elçin oğlu 1999-cu il iyulun 22-də Füzuli rayonu Aşağı Yaglıvənd kəndində anadan olub. Hərbi xidmətini Xüsusi Təyinatlı Qüvvələr sırasında keçib. Bir çox kursu yüksək nailiyyətlərlə başa vuran İlkin hərbi xidmətini kiçik çavuş kimi davam etdirib. 44 günlük Vətən müharibəsində Kəlbəcər, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlər zamanı şücaəti ilə seçilib. Oktyabrın 22-də gərgin döyüşlər zamanı yaralanan İlkin hospitala yerləşdirilib, daha sonra müalicə üçün “YAŞAT” Fondunun dəstəyi ilə qardaş Türkiyəyə göndərilib. Müalicəsini bitirən İlkin ötən gün Vətənə dönüb.

 

Qazi İlkin Rüstəmli döyüşlərdə göstərdiyi şücaətə görə “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları və “Rəşadət” ordeni ilə təltif olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır